İstirahət mərkəzində sevgilisini öldürmək istəyən şəxs qərardan narazıdır
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xaçmazda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Sakit Muxtarovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: 2023-cü il avqustun 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “Çoban Bulaq” İstirahət Mərkəzində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurroluğun qərarı əsasında şübhəli şəxs qismində tutularaq.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Kamal Məmmədov


