Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Arvadının gözü qarşısında qadınlarla intim münasibətdə oldu, videoya çəkdi TƏFƏRRÜAT

Arvadının gözü qarşısında qadınlarla intim münasibətdə oldu, videoya çəkdi TƏFƏRRÜAT

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü Emin dostunun qızına qarşı əxlaqsız hərəkətlər etməkdə günahlandırdığı həmyerlisi Vahidə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, Emin 2023-cü ilin avqust ayında dostu Valehin qızı Cəmaləyə qarşı Vahid tərəfindən əxlaqsız hərəkətlərə yol verildiyini düşünüb. Bu səbəbdən Vahidi cəzalandırmaq qərarına gəlib.

28 yanvar 2024-cü ildə saat 20 radələrində o, Vahidin Xaçmaz rayonunun kəndi ərazisində, orta məktəbin yaxınlığında olan evinə gəlib. Mətbəxin pəncərəsindən evə daxil olaraq yataq otağındakı kreslonun arxasında gizlənib, Vahidin gəlməsini gözləyib.

Ev yiyəsi yataq otağına daxil olduqda kreslonun arxasından çıxıb və ona hücum edib. Özü ilə gətirdiyi tapança formasında olan alışqanla və yumruqla Vahidin baş və sifət nahiyələrinə zərbələr vurub.

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddəsi ilə ittiham elan edilib.

“Cəmalə gözəllik salonuna gedib-gəlirdi”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, oktyabr ayında Vahidin qayınatası Elşənin tanışlığı vasitəsilə onların evində usta işləyib:

“Avqustun 26-da dostum Valehin 20 yaşlı Cəmalə adlı qızına qarşı Vahid tərəfindən nalayiq hərəkət olub. Cəmalə gözəllik salonda saç ustasının yanında tələbə işləyirdi. Vahid avtomobillə həmin salonunda yanında dayanıbmış. Mən maşının kimə məxsus olmasını çox araşdırdım. Araşdırmam heç bir nəticə vermədiyi üçün bu məsələni kənara qoydum.

Bu hadisədən 2 ay sonra Vahidin qayınatası Elşən kürəkəninin evi üçün santexnik işləri görən usta axtardığını bildirdi. Mən tikinti üzrə mütəxəssis olduğum üçün elektrik işini də bacarıram. Elşənlə razılaşdım və Vahidin evində 10-15 gün işlədim.

Həmin evdə işləyərkən həyətdə “Opel” markalı avtomobilin dayandığını gördüm. Avtomobilin Cəmalənin olduğu salonun yanında dayandığını xatırladım. Bundan sonra Vahid barəsində araşdırma aparmağa başladım. Onun arvadı ilə tanış oldum”.

“Münasibətdə olduğu anları videoya çəkdiyini bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, bir gün səhər saat 11-12 radələrində işə gedərkən Vahidin arvadı Səidə döyülmüş vəziyyətdə ağlayaraq qarşısına çıxıb:

“Səidədən nə üçün ağladığını soruşdum, ərinin onu döydüyünü dedi. Onu sakitləşdirməyə çalışdım. İki-üç gün sonra Səidə mənə yaxınlaşaraq çarəsiz olduğunu bildirdi. Ondan əri Vahid haqqında soruşdum. Səidə də bəzi şeyləri mənə danşdı. Onunla söhbətə davam etdim.

Bir gün evin arxa tərəfində iş gördüyüm zaman Səidə mənə yaxınlaşaraq Vahidin başqa qadınlarla münasibətdə olduğu anları videoya çəkərək ona göstərdiyini və buna görə əllərini doğradığını bildirdi. Həqiqətən Səidənin əlləri kəsik-kəsik idi. Mən yenə də onu sakitləşdirməyə çalışdım.

Dostum Valeh məndən Vahidlə Cəmalə arasında nələr olduğunu öyrənməyimi xahiş etmişdi. Mən də Səidəyə hər şeyi olduğu kimi dedim. O bu barədə köməklik edəcəyini bildirdi, pul verdi, ona telefon almağımı xahiş etdi. Mən də razılaşdım.

Vahidin təpiklə vurması nəticəsində Səidə xəsarət aldı. Bu hadisələrdən sonra o, evdən getdi. Lakin rəsmi olaraq ayrılmadılar”.

“Söyüş söyməyə başladı”

Eminin sözlərinə görə, bir gün Səidə ona “Məni Bakıya apar, yoxsa atam məni öldürəcək” və “Kaş mən əməliyyatdan sonra Bakıdan qayıtmazdım, çünki uşaqlarım Vahidin anası ilə Bakıya gediblər” məzmunlu mesajlar yazıb:

“Səidədən Vahidin evdə tək olub-olmadığını soruşdum. Dedi ki, kimisə aparmayıbsa, evdə tək olmalıdı. Axşam vaxtı əlcək, parça maska və tapança götürüb Vahidin yaşadığı evə getdim. Pəncərəni açıb evə girdim, daha sonra pəncərəni bağladım. Otaqların birində kreslonun arxa tərəfində dayandım, Vahidin nə vaxt evə gəldiyini təqribi olaraq bildiyim üçün divanda oturaraq onu gözlədim.

Qapının səsini eşidəndə divanın arxa tərəfinə keçdim. Vahid evə gələndə məni görmədi. İşığı yandıranda ona sakit dayanmağı, oğurluğa gəlmədiyimi, məqsədimin onunla söhbət etmək olduğunu bildirdim.

Vahid əllərini yuxarı qaldırdı, ondan niyə belə etdiyini soruşdum. Nalayiq ifadələr işlətməyə və söyüş söyməyə başladı. Mən də onu yumruqla vurdum və sonra itələdim. Başı akvariumun şüşəsinə dəydi və başında kəsiklər yarandı. Akvariumdakı su yerə töküldü”.

“Arvadıma hər şeyi danışdım”

Emin qeyd edib ki, arxaya çəkilmək istəyərkən ayağı sürəşərək yerə yıxılıb, Vahid də onun üstünə çıxıb: “Yerdə boğuşanda Vahidə güc gəldim və onun üstünə çıxdım, tapança ilə baş nayihəsinə zərbə vurdum. Yerdən qaldıraraq onu divanda otuzdurdum. Hər şeyi olduğu kimi etiraf etməsini istədim.

Vahid mənə pul və qızıl təklif etdi. Mənə pul-qızıl lazım olmadığını bildirdim. O, dediyim hadisələri törətmədiyini söylədi. Vahidə Səidənin başından bir tük əskik olsa, yenə gəlib, onunla söhbət edəcəyimi bildirdim.

Vahidin başından çox qan axdığını görəndə nəsə olacağından qorxduğum üçün onu arxa qapıdan çölə çıxardım, kiminsə tibbi yardım göstərməsinə şərait yaratdım. Evdə ov tüfəngi olduğu üçün bir az da çəkinirdim.

Vahid getdikdən sonra təqribən 5 dəqiqə otaqda gözlədim. Sonra gəldiyim yerdən çıxıb öz evimə getdim. Paltarımı dəyişib arvadıma hər şeyi olduğu kimi danışdım. Daha sonra polis şöbəsinə gedərək təslim oldum”.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Vahidlə aralarında düşmənlik və ədavət olmayıb: “Mənim dostum Valeh və qızı Cəmilə haqda məlumatım çox deyildi. Səidəni isə Vahidin arvadı kimi tanımışam. Vahidi yumruqla bir dəfə vurmuşam, bir-iki dəfə də başına zərbə endirmişəm. Hadisə günü evə pəncərədən daxil olmuşam. Vahidlə barışmağa cəhd etsəm də, qarşılıq almamışam”.

“Səidəyə kömək etmək istədim”

Emin bildirib ki, onun evə daxil olmaqda məqsədi sadəcə Vahidlə söhbət etmək olub: “Cəmalə atası Valehə filan markalı filan nömrəli maşın barədə məlumat vermişdi. Mən də həmin maşını Vahidin yaşadığı evin həyətində gördüm.

Vahid maşını salonun yanında saxlayıb, Cəmalə salondan çıxaraq gedəndə onu tutaraq maşına salıb. Qız Vahidin əlindən qaçaraq evə gedib və valideynlərinə məlumat verib. Valeh hadisəylə bağlı heç kimə heç nə deməyib. Cəmalə nişanlı olduğu üçün onun adına xələl gəlməsini istəməyiblər. Valeh məndən baş verən hadisəni yalnız araşdırmağı xahiş etmişdi.

Hadisə günü Səidə mənə əri Vahidin evdə olacağını demişdi. Səidə mənə yaxınlaşmamışdı. Onu evin həyətində ağlayan görüb yaxınlaşdım, nə baş verdiyini soruşdum. Səidə getməyimi istədi, heç nəyin baş vermədiyini dedi.

Səidəyə kömək məqsədi ilə telefon və nömrə aldım. Lakin pulu Səidə özü verdi”.

“Əxlaqsız hərəkətlərə cəhd edib”

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində göstərib ki, 2023-cü ilin sentyabr ayının sonlarından noyabr ayının ortalarına kimi Vahidin evində usta kimi santexnik işlərini görüb:

“Vahid gördüyüm işin müqabilində mənə təxminən 2 min manat pul verdi. Hadisə gününə kimi Vahidlə aramızda dava-dalaş, mübahisə olmayıb. Bu evdə usta kimi işə düzəlməyim planının bir hissəsiydi. Vahid Valeh adlı dostumun qızını 2023-cü ilin avqust ayında Xaçmaz şəhəri ərazisində zorla qaçırmaq istəyib və ona qarşı əxlaqsız hərəkətlərə cəhd edib. Bu barədə mənə Valeh danışmışdı.

Valeh hazırda Dağıstanın Mahaçqala şəhərində yaşayır, soyadı, atasının adı barədə məlumat verə bilmərəm. Cəmalə də hazırda ailəlidir və Bakı şəhərində yaşayır. Onun barəsində də ətraflı məlumat verməkdən imtina edirəm, çünki cinayət işinə cəlb olunmasını istəmirəm”.

“Narkotik axtarmaq fikrim olmayıb”

Emin qeyd edib ki, yalnız Vahidin evinə girməyinin səbəbini açıqlaya bilər: “İlkin ifadəmdə guya Vahidin evində narkotik vasitə axtarıb şəklini çəkmək istədiyim üçün onun evinə girdiyimi bildirmişəm. Halbuki evə girməyimə səbəb bu deyildi. Mən Vahidi Cəmaləyə görə cəzalandırmaq istəyirdim. Cəmaləyə qarşı əxlaqsız hərəkət edən adamın Vahid olduğunu sonradan müəyyən etdim. Onun evinə usta kimi işə planlı şəkildə düzəlmişəm.

Vahidin evində işləyəndə onun arvadı Səidəyə qarşı kobud rəftar etdiyini gördüm. Planının bir hissəsi kimi Səidə ilə əlaqə qurmağa və onunla formal sevgi münasibətləri yaşamağa başladım. Onu ələ alaraq əri haqqında məlumat öyrənmək istəyirdim.

Səidə Vahid tərəfindən mütəmadi döyüldüyünü, başqa qadınları evə gətirərək gözü qabağında cinsi əlaqədə olduğunu, başqa qadınlarla cinsi əlaqədə olanda videoya çəkərək ona göstərdiyini mənə dedi. Bu məlumatlar Vahidin Cəmaləyə qarşı əxlaqsız hərəkət etməsinə məndə inam yaratdı”.


“Maskanı çıxaranda məni tanıdı”

Eminin sözlərinə görə, Vahidin 5 il bundan öncə 1 nəfər adını bilmədiyi qadına qarşı əxlaqsız hərəkətlər etdiyini eşidib: “Bu kimi məsələlərə görə onu cəzalandırmağı qarşıma məqsəd qoydum. 28 yanvar 2024-cü ildə saat 20 radələrində müəyyən hazırlıq görərək əlcək, maska və tapança formasında alışqan götürüb Vahidin evinə yola düşdüm.

Gizlincə mətbəx pəncərəsini açaraq içəri daxil oldum. Evə girməmiş əlcəyi əllərimə və parça maskanı isə sifətimə geyindim. Vahid evə gec gəlsəydi, 1-2 saat gözləyib gedəcəkdim. Təxminən 30 dəqiqə sonra Vahid evə gəldi və qonaq otağına keçərək işığı yandırdı. Mən divanın arxasından çıxanda Vahid “sən kimsən" deyə soruşdu. Tapançanı Vahidə tuşlayıb “sakit ol, əllərini yuxarı qaldır” dedim.

Vahid “vur, vur” deyib, vurmayanın ünvanına nalayiq ifadələr işlədəndə yumruqla alın nahiyəsinə bir zərbə endirdim. Yaxasından tutaraq arxaya itələdim. O, ləngər vurdu, akvariumun üstünə yıxıldı. Akvariumun şüşəsinə dəydiyi üçün başı qanadı, su yerə töküldü. Ayağım sürüşdüyü üçün yerə yıxıldım və Vahid mənim üstümə çıxdı.

Yerdə boğuşanda Vahidə güc gələrək onun üstünə çıxdım və tapança ilə baş nahiyəsinə bir neçə zərbə vurdum. Artıq halsızlaşdı, başından güclü qan axdı. Vahidi yerdən qaldırıb divanda oturtdum. Tapançanı belimə qoyaraq sifətimdəki maskanı çıxaranda Vahid məni tanıdı”.

“Məni biabırçı hərəkətlərinə baxmağa məcbur edirdi”

İş üzrə şahid qismində ifadə verən Səidənin sözlərinə görə, 2015-ci ildə Vahidlə ailə həyatı qurub, birgə nikahdan iki övladı dünyaya gəlib: “Vahidlə yaşadığımız müddətdə məni daim incidərək döyürdü. Hətta evə qohumu Mədinə adlı qızı gətirərək həyətdə gözüm qarşısında cinsi əlaqədə oldu. O, qadınlarla tərbiyəsiz hərəkətlər edir, bu biabırçı prosesə məni də baxmağa məcbur eləyirdi.

Mənə xəyanətləri barədə detallı şəkildə danışırdı. Bundan başqa, mütəmadi alkoqol içiki qəbul edir, narkotik çəkərək məni bezdirirdi”.

Səidə qeyd edib ki, 2023-cü ilin oktyabr ayının əvvələrində evdə təmir işlərinə ehtiyac olduğuna görə Vahid Xaçmaz şəhərində yaşayan Emin adlı ustanı evinə çağırıb:

“Emin evdə işləyəndə aramızda münasibət yarandı, Vahidin məni incitməsi və mütəmadi döyməsi barədə ona danışdım. 2023-cü il noyabr ayının əvvələrində Emin mənə içərisində nömrəsi olan mobil telefon aldı. Telefonla onunla əlaqə saxlayırdım. Münasibətimiz dərinləşdiyindən bir-birimizi sevməyə başladıq, ailə qurmaq qərarına gəldik”.

Eminlə Bakıya getdik”

Səidə bildirib ki, 10 dekabr 2023-cü ildə axşam saatlarında telefonla Eminlə danışarkən Vahid qəfil evə gəlib: “Cəld telefonu hamamda şkafın alt hissəsində gizlətdim, Vahid telefonu tapa bilmədikdə məni döydü. Çünki başqa bir telefon işlətməyimdən xəbəri yox idi. Valideynlərimə xəbər verdi, onlar gəlib məni apardılar, uşaqlar isə atalarıyla qaldılar.

Axşam anamın telefonu ilə Eminlə danışıb, birlikdə Bakı şəhərinə getmək qərarına gəldik. Bakı şəhərində yaşayan qohumum Nadirin həyat yoldaşı Fatiməyə zəng etdim, Emin adlı oğlanla Bakıya gələcəyimi dedim”.

Səidənin ifadəsinə görə, 11 dekabr 2023-cü ildə səhər saatlarında Eminlə Xaçmaz şəhərindən çıxaraq Bakı şəhərinə gedib: “Saat 11 radələrində "20 Yanvar" metrosu yaxınlığında Nadir bizi qarşıladı, kafeyə apardı. Kafedə söhbət zamanı Vahidin məni döyərək bezdirdiyini və uşaqlarımı evdə qoyub valideynlərimin yanına getdiyimi dedim.

Nadir konkret nə fikirdə olduğumu soruşdu. Vahiddən rəsmi qaydada ayrılaraq Bakı şəhərində kirayə mənzil tutduqdan sonra azyaşlı uşaqlarımı da götürərək paytaxtda yaşayacağımı bildirdim. Bir neçə dəqiqəlik söhbətdən sonra Emin məni Nadirə əmanət etdiyini və Xaçmaz şəhərinə qayıdaraq getmək istədiyini söylədi.

Nadir Emini Xaçmaz şəhərinə yola salaraq məni öz bacısının evinə apardı. Valideynlərimə mənim Bakı şəhərində olduğum barədə məlumat verdi, onlar da gəlib məni Xaçmaz şəhərinə qaytardılar”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see13046

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see761

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see270

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see240

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see173

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see155

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see129

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see127

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see126

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri