Icma.az
close
up
RU
Arvadların döydüyü ərlər: Bir bir üzə çıxırlar

Arvadların döydüyü ərlər: Bir bir üzə çıxırlar

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Sabirabadda 37 yaşlı kişi ailə münaqişəsi zəminində döyülüb. 

Hadisə dünən axşam saatlarında baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad şəhər sakini M.Musayev həyat yoldaşı tərəfindən taxta məişət əşyası ilə döyüldüyünü bildirərək “102” Zəng Mərkəzinə müraciət edib. 

Xəsarət alan şəxsə xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Son vaxtlar kişilərin döyülməsi, ailə zorakılığına məruz qalmasının səbəbləri nə ilə bağlıdır? 

Bu cür hallar hansı psixoloji faktorlarla bağlı ola bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova bildirib ki, kişilərin zorakılığa məruz qaldığını etiraf etməsinə əsasən cəmiyyətdə formalaşmış stereotiplər mane olur: 

“Cəmiyyətdə formalaşmış stereotiplər, məsələn, “kişi dözər”, “kişi ağlamaz”, “kişi zəif ola bilməz” kimi yanaşmalar onların zorakılığa məruz qaldığını etiraf etməsini və kömək istəməsini çətinləşdirir. 

Yardım istədikdə ciddi qəbul olunmamaq və ya lağlağı mövzusuna çevrilmək qorxusu ucbatından çəkinirlər. Ailəiçi emosional gərginlik, uzun müddət yığılmış aqressiya və stress də qarşıdurmaların əsas səbəblərindən biridir. 

Həm qadının, həm kişinin keçmişində yaşadığı travmalar, özünü ifadə edə bilməmək, emosional nəzarətsizlik zorakılığa zəmin yaradır. İqtisadi sıxıntılar, sosial təzyiqlər və rol dəyişmələri, məsələn, qadının ailədə daha dominant rol alması qarşıdurmaları artıran faktorlar ola bilər”. 

Psixoloq qeyd edib ki, zorakılıq cins tanımır və hər kəsin psixoloji dəstəyə haqqı var: 

“Zorakılığın qarşısını almaq üçün hər iki tərəfin emosional savadlılığının artırılması, hissləri düzgün şəkildə ifadə etməyi öyrənməsi vacibdir. Ailələrdə diaqnoz qoyulmamış psixoloji problemlərin vaxtında aşkar olunmalı və mütləq terapiya yolu ilə müalicə edilməlidir.

Yalnız qadınlara qarşı yox, kişilərə qarşı da zorakılıq real problemdir. Zorakılığa məruz qalan kişilər bilməlidirlər ki, tək deyillər, yardım istəmək isə zəiflik deyil, cəsarətdir. 

Çünki zorakılıq cins tanımır və hər kəsin psixoloji dəstəyə haqqı var. Münaqişələrin qarşısını almağın ən yaxşı yolu isə ünsiyyətdir. Dinləmək, anlamaq və sakit danışmaq münasibətlərin sağlam qalmasında mühüm rol oynayır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Arvad ərlər münaqişə Zeynəb Əyyubova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see236

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see167

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see160

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri