Arxası üstə yatmaq niyə təhlükəlidir? Kardioloq səbəbini açıqladı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kardioloq Rikardo Kals ürək sağlamlığı üçün ən zərərli yuxu pozalarından birinin arxası üstə yatmaq olduğunu bildirib.
Ölkə.az-ın xəbərinə görə, həkim "Metropoles" nəşrinə verdiyi açıqlamada qeyd edib ki, bəzi insanlarda arxası üstə yatarkən dil və yumşaq damaq geriyə doğru sürüşür. Bu isə tənəffüs yollarının daralmasına və yuxu apnesinin yaranmasına səbəb ola bilər.
Kalsın sözlərinə görə, yuxu apnesi ürəyin fəaliyyətinə mənfi təsir göstərir və ciddi fəsadlara yol aça bilər.
“Yuxu apnesi ilə yüksək qan təzyiqi arasında birbaşa əlaqə var. Bu vəziyyət kəskin miokard infarktı, insult, ürək çatışmazlığı və qulaqcıqların fibrilasiyası riskini artırır”, – deyə kardioloq vurğulayıb.
Mütəxəssis əlavə edib ki, gündüz yorğunluğu, əsəbilik və diqqəti cəmləməkdə çətinlik yuxu apnesinin əsas əlamətləri ola bilər. Buna görə də belə simptomlar müşahidə edilərsə, həkimə müraciət etmək tövsiyə olunur.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 06 İyun 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















