Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

ARXİVİN ŞİRVAN YADDAŞI Azərbaycan arxivi 105 il

ARXİVİN ŞİRVAN YADDAŞI Azərbaycan arxivi 105 il

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

9 iyun Beynəlxalq Arxivlər günüdür.
Hər il 9 iyun tarixində dünya üzrə Beynəlxalq Arxivlər Günü qeyd olunur. Bu gün arxivlərin, onların qorunmasının və inkişafının əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Arxivlər tarixin canlı yaddaşıdır, keçmişdən gələcəyə doğru əvəzolunmaz məlumatların saxlanması və gələcək nəsillərə ötürülməsi üçün əsas mənbədir, etibarlı saxlanc yeridir.

Arxiv sənədləri yalnız tarixi faktları deyil, həm də hüquqi, mədəni və sosial hadisələrin sübutlarını ehtiva edir. Onlar dövlətlərin, təşkilatların və fərdlərin fəaliyyətləri barədə geniş və etibarlı məlumat mənbəyidir. Bu sənədlər sayəsində keçmişdə baş vermiş hadisələr, qərarlar və proseslər öyrənilir, təhlil edilir və qiymətləndirilir.

Beynəlxalq Arxivlər Günü həm də arxiv işçilərinin zəhmətinin tanınması üçün bir fürsətdir. Onlar sənədlərin düzgün saxlanması, qorunması və əlçatanlığının təmin olunması istiqamətində böyük əhəmiyyət daşıyan işləri həyata keçirirlər.

Bu günün əsas məqsədlərindən biri də cəmiyyətin arxivlərə diqqətini artırmaq, onların ictimai əhəmiyyətini geniş kütlələrə çatdırmaqdır. Texnologiyanın inkişafı ilə arxiv sənədlərinin rəqəmsallaşdırılması və elektron arxivlərin yaradılması, sənədlərin qorunması və istifadəsinin daha da asanlaşması üçün yeni imkanlar açır.

Nəticə etibarilə, Beynəlxalq Arxivlər Günü bizə keçmişimizi anlamaq, onu qorumaq və gələcək nəsillərə doğru düzgün ötürmək üçün vacib olduğunu xatırladır. Arxivlər bizə tariximizi və mədəniyyətimizi yaşatmaqda böyük rol oynayır.
Əsrlər boyu formalaşan tarixi mirasına hər millət sahib çıxır və arxivlərdə qoruyub saxlayır. Azərbaycan xalqının da zəngin Milii Arxiv Fondu vardır və bu fond tarixi keçmişimizin müxtəlif mərhələlərində formalaşan xalqın, yazılı, səsli, görüntülü yaddaşının qorunub saxlandığı dövlətin unikal və çoxşaxəli informasiya ehtiyyatları sisteminin tərkib hissəsidir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən respublikamızda arxiv işi xeyli təkmilləşdirilmiş, bu sahədə xeyli işlər görülmüşdür. Bu gün mən zəngin Milli Arxiv Fondumuzun bir hissəsini təşkil edən Şirvan filialından söhbət açacam.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 15 filialından biri olan Dövlət Arxivinin Şirvan filialı 1930-cu ildə Əli Bayramlı rayon Dövlət Arxivi olaraq yaradılmış, 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin 7 fevral tarixli 118 nömrəli qərarı ilə daha da struklaşdırılmışdır ( əsas: ARDA ). 1968-ci ildən filiala çevrilmişdir. 2008-ci ildən Əli Bayramlı adı dəyişilərək Dövlət Arxivinin Şirvan filialı adlandırılmışdır. 2020-2025-ci illər inkişaf proqramına əsasən Respublikamızın hər yerində, eləcə də, Şirvan filialında əsaslı dəyişikliklər olmuşdur. Köhnə yeməkxana binasında yerləşən arxiv idarəsində 2022-ci ildə Milli Arxiv idarəsinin təşəbbüsü ilə əsaslı təmir işləri aparılmış, bina tamamilə yenilənmişdir. Əlavə olaraq 1 iş otağı, sərgilərin təşkili üçün foye, oxucuların istifadəsi üçün oxu zalı yaradılmış, siqnalizasiya və istilik sistemi ilə təmin olunmuşdur. Mühafizəxanalarda müasir dəmir stelajlar quraşdırılmış, yeni qutular alınaraq sənədlərin mühafizəsi xeyli yaxşılaşdırılmışdır. Arxiv binasının həyətyanı sahəsi daşla üzlənmiş, yaşıllıq sahə salınmışdır. Son üç ildə ümumilikdə 45 ədəd həmişəyaşıl şam, küknar ağacları, 100-ə yaxın qızıl gül kolları və müxtəlif çiçəklər əkilmiş, ağaclarda quş yuvaları asılmışdır. Vətəndaşların rahatlığını təmin etmək məqsədilə həyətdə yeni oturacaq yerləşdirilmişdir.
Dövlət Arxivinin Şirvan filialı Şirvan şəhərindəki idarə, müəssisə və təşkilatların sənədlərinin toplanması, mühafizəsi və istifadəsini təmin edir. Həmçinin tabeliyində fəaliyyət göstərən Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarının daimi saxlanmalı olan sənədlərini mühafizə edir, sistemləşdirir. Region üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların tərkibində fəaliyyət göstərən arxiv şöbələrinə nəzarət edir, dövlət əhəmiyyətli sənədlərin vaxtında mühafizəyə verilməsini, müddəti bitmiş sənədlərin məhvə ayrılması işlərini təmin edir. Sənədlərin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi sahəsində işlər aparılır.
Filialda 451 fond üzrə 29337 iş mühafizə olunur.
Şirvan filialında ən əski məlumatı özündə əks etdirən sənəd Nuriyeva Səlmi Səməndər qızının 1879-cu ildə doğulması faktını göstərən 424 saylı doğum qeydiyyat aktıdır (fond 405, siyahı 1, saxlama vahidi 26, vərəq 8). Əli Bayramlı Zəhmətkeş- sonradan Xalq Deputatları Sovetinin 1930-1995-ci illərə aid sənədləri fondun ən lazımlı parçalarındandır. 2022-ci ilə qədər fondumuzda idarə, müəssisə və təşkilatların daimi, eləcə də işçi heyətə aid sənədləri mühafizə olunurdu. 2022-ci ildə ilk dəfə şəxsi mənşəli fondlar yaradıldı. Şirvan şəhərinin 44 günlük Vətən müharibəsində və sentyabr antiteror əməliyatında qəhrəmancasına şəhid olmuş oğullarının şəxsi mənşəli sənədləri, fotoları, əl işləri toplanılaraq daimi dövlət mühafizəsinə götürüldü. Eləcə də, Şirvanın sayılıb-seçilən ziyalıları olan professor Akif Abbasovun, şair, publisist Eldar Qəmərlinin də şəxsi mənşəli fondları yaradılaraq arxiv tərkibi zənginləşdirildi. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının ikinci mərhələsində- 1948-1953-cü illərdə ata-baba yurdundan didərgin salınmış soydaşlarımıza aid sənədlər toplanılaraq Xüsusi Qiymətli Fonda daxil edildi. Xatırladaq ki, bunların arasında hətta Böyük Vedinin igid oğlu, Azərbaycanın el qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ailə üzvlərinə aid sənədlər də qorunmaqdadır.
Şirvan (Əli Bayramlı) şəhərinin tarixini əks etdirən foto sənədlər Azərbaycan Respublikası Dövlət Kino- Foto Sənədləri Arxivindən, Əli Bayramlı şəhərinin bir sıra strateji tikililərinin (Əli Bayramlı şəhərinin su təchizatı, İçməli su kəməri sxemi, içməli su təchizatı sistemində yerləşən əsas nasosxana və su anbarı kompleksinin layihəsi və s. ) sxemləri Dövlət Elm və Texnika Sənədləri Arxivindən toplanaraq həmçinin Şirvan filialında da mühafizəyə alındı. Beləliklə Ulu Öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi :
“Arxiv işi donub qalmış, dəyişməz deyil, daim inkişaf edən, təkmilləşən, dövlətin və cəmiyyətinin inkişafına xidmət edən mühüm fəaliyyət sahəsidir. Azərbaycan arxivləri zamanın çağrışlarına uyğun dəyişir, yenilənir və dinamik olaraq inkişaf edir”.
Hazırda filialın 7 əməkdaşı var. Tabeliyində dörd rayon dövlət arxivi fəaliyyət göstərir. Hacıqabul, Saatlı, Sabirabad və İmişli Rayon Dövlət Arxivləri. Eyni zamanda ərazi üzrə fəaliyyət göstərən İmişli və Sabirabad “ASAN Xidmət” mərkəzlərinin arxiv arayışlarının verilməsi bölməsinə rəhbərlik və nəzarət edir. Şirvan filialı dayanmadan bu sahədə çalışır, arxiv fondunu daha da zənginləşdirmək üçün əlindən gələni edir. Dünyada Arxiv işinin qiymətləndirilməsi üçün qeyd olunan 9 iyun Beynəlxalq Arxivlər günü münasibəti ilə dünya arxivçilərini təbrik edirik. Sağlam gələcək zəngin tarixdən, tarix isə möhkəm arxivdən qüvvət alır!
Nəsibə Nəsib (Məmmədova)
Dövlət Arxivinin Şirvan filialının direktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 İyun 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri