Arxiyepiskop: “Sərhədimizi sərxoş çoban da keçə bilər” FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sərhədlərimizi keçmək o qədər asanlaşıb ki, hətta sərxoş adlandırılan bir çoban belə bunu rahatlıqla edə bilər".
Avtosfer.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri oktyabrın 22-də jurnalistlərə müsahibəsində arxiyepiskop Baqrat Qalstanyan səsləndirib.
"Əgər bir sərxoş sərhədi asanlıqla keçirsə, hər hansı ciddi bir əməliyyat planlaşdırılsa, nələrin baş verəcəyini təsəvvür edin. Duman olduğu, azdığı və ya başqa nələrin baş verdiyi deyilir. Təəssüf ki, ali hakimiyyət tərəfindən sərhədlərimiz tamamilə taleyin ümidinə buraxılıb", - deyə o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) oktyabrın 19-da saat 17:50-də Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımovun aşkarlandığını bildirmişdi. Qurumun məlumatına əsasən, Azərbaycan vətəndaşı yolu azaraq Ermənistan Respublikasının ərazisinə keçib. Hazırda onun geri qaytarılması istiqamətində müvafiq addımlar atılır. (oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 22 Oktyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















