Icma.az
close
up
RU
Sosial şəbəkələr narkotik ticarətinin yeni platformasına çevrilib EKSPERT

Sosial şəbəkələr narkotik ticarətinin yeni platformasına çevrilib EKSPERT

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, qabaqlayıcı maarifləndirmə və erkən müdaxilə mexanizmləri gücləndirilməlidir

Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib.

Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.

Qeyd edək ki, Azərbaycanda da narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir. Ölkədə bu təhlükəli bəlanın qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən ardıcıl əməliyyat tədbirləri görülür, təhsil müəssisələrində maarifləndirmə işləri aparılır, gənclərin sağlam həyat tərzinə təşviqi istiqamətində layihələr reallaşdırılır. Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin və ailələrin bu məsələdə birgə fəaliyyəti sağlam və təhlükəsiz gələcəyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki narkomaniya ilə mübarizə yalnız bir qurumun deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.

Məlumat üçün bildirək ki, narkomaniyaya qarşı mübarizə çərçivəsində polis əməkdaşları ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkarlanması və məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq əməliyyat tədbirlərini davam etdirirlər. İyunun 18-də polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində həm bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi, həm də hazır narkotik vasitələrin aşkarlanması faktlarını üzə çıxarıb. Tədbirlər zamanı 14 ədəd çətənə kolu, yabanı halda bitmiş 11210 ədəd çətənə və 6620 ədəd xaş-xaş kolu aşkar edilərək məhv edilib. Bundan əlavə, ümumi çəkisi 48,2 kiloqrama yaxın narkotik vasitə və 1610 ədəd güclü təsiredici xassəyə malik metadon həbi götürülüb. Hüquq-mühafizə orqanları bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyini bildirir.

Mövzu ilə bağlı danışan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Sherg.az-a bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Onun sözlərinə görə, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir:

“Narkotik ticarəti dünyada ən böyük transmilli mütəşəkkil cinayət növlərindən biri olaraq qalır. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2025-ci il Dünya Narkotiklər Hesabatına əsasən, 2023-cü ildə dünyada təxminən 316 milyon nəfər (15–64 yaş qrupu üzrə) ən azı bir dəfə qanunsuz narkotik vasitələrdən istifadə edib ki, bu da dünya əhalisinin təxminən 6 faizini təşkil edir. Hesabatda qeyd olunur ki, narkotik qaçaqmalçılığı transmilli mütəşəkkil cinayətkar qruplar üçün əsas gəlir mənbələrindən biri olaraq qalır və xüsusilə kokain, həmçinin sintetik narkotik bazarı son illərdə rekord sürətlə genişlənir.

Qlobal narkotik bazarının dəqiq maliyyə həcmini müəyyən etmək mümkün olmasa da, müxtəlif beynəlxalq araşdırmalarda onun illik dövriyyəsinin 400–650 milyard ABŞ dolları arasında olduğu qiymətləndirilir. Bu isə narkobiznesin yalnız ictimai sağlamlıq problemi deyil, həm də qlobal təhlükəsizlik və transmilli mütəşəkkil cinayətkarlığın əsas maliyyə mənbələrindən biri olduğunu göstərir.

Bu reallıq fonunda Azərbaycan da qlobal təhlükələrdən kənarda deyil. Son illərdə sintetik narkotiklərin yayılması, sosial şəbəkələr və rəqəmsal platformalar üzərindən satışın genişlənməsi, eləcə də istifadəçilərin yaş həddinin aşağı düşməsi narahatlıq doğuran tendensiyalardır”.

C. Hüseynzadə hesab edir ki, cəmiyyətin bəzən kifayət qədər diqqət yetirmədiyi ən təhlükəli məqam narkomaniyanın artıq təkcə hüquq-mühafizə problemi kimi deyil, sosial, psixoloji, informasiya və təhlükəsizlik problemi kimi qiymətləndirilməsinin zəruriliyidir:

“Bu gün narkotiklərin təbliği və satışı sosial media tətbiqləri və anonim rəqəmsal platformalar vasitəsilə həyata keçirilir. Buna görə də mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, qabaqlayıcı maarifləndirmə və erkən müdaxilə mexanizmləri gücləndirilməlidir.

Bu istiqamətdə dövlət qurumları, ailə, məktəb və vətəndaş cəmiyyəti arasında davamlı və koordinasiyalı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Dövlət preventiv siyasəti və hüquqi mexanizmləri gücləndirməli, təhsil müəssisələri şagirdlərdə sağlam həyat tərzi və rəqəmsal təhlükəsizlik vərdişlərini formalaşdırmalı, ailələr uşaqların davranışındakı dəyişikliklərə həssas yanaşmalı, vətəndaş cəmiyyəti isə ictimai maarifləndirmə, risk qrupları ilə iş və reabilitasiya prosesində fəal iştirak etməlidir. Yalnız bütün bu tərəflərin vahid yanaşması narkomaniya və narkobiznesə qarşı mübarizədə davamlı nəticələr əldə etməyə imkan verə bilər”.

İB sədrinin sözlərinə görə, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının və medianın rolu daha davamlı və sistemli olmalıdır: “QHT-lərin bu sahədə ixtisaslaşmış fəaliyyətinin genişləndirilməsinə ehtiyac var. Hazırda müxtəlif dövlət qurumlarının maliyyə dəstəyi ilə narkomaniyaya qarşı maarifləndirici layihələr həyata keçirilir və bu, təqdirəlayiqdir. Lakin problemin miqyası daha geniş və uzunmüddətli proqramların icrasını zəruri edir. Düşünürəm ki, bəzən mesajlarımız cəmiyyətin bütün təbəqələrinə lazımi səviyyədə çatmır. Problemin yaratdığı təhlükələr daha real faktlar, həyati nümunələr və müasir kommunikasiya vasitələri ilə ictimaiyyətə təqdim edilməlidir. Xüsusilə sosial şəbəkələrin imkanlarından daha peşəkar istifadə olunmalı, gənclərin maraq göstərdiyi platformalarda innovativ maarifləndirmə üsulları tətbiq edilməlidir. Ola bilsin ki, artıq təqdimat və kommunikasiya mexanizmlərimizi də dövrün tələblərinə uyğun yenidən qurmağın vaxtıdır. Digər vacib məqam ailə institutudur. Etiraf etməliyik ki, bəzi ailələrdə övladlara nəzarət və onlarla səmimi ünsiyyət əvvəlki illərlə müqayisədə zəifləyib. Gənclər daha müstəqil olmaq, problemlərinin həllini ailədən kənarda axtarmaq istəyirlər. Bu, müəyyən yaş dövrünün psixoloji xüsusiyyətləri ilə bağlı olsa da, məhz həmin mərhələdə valideynlərin diqqəti, etibarlı ünsiyyəti və mənəvi dəstəyi daha böyük əhəmiyyət kəsb edir. Narkomaniyaya qarşı mübarizədə ailə, məktəb, dövlət qurumları, media və vətəndaş cəmiyyəti vahid komanda kimi fəaliyyət göstərməlidir. Yalnız bu halda gəncləri bu təhlükədən effektiv şəkildə qorumaq mümkün olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyun 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri