Icma.az
close
up
RU
Arzuolunmaz hamiləlik: qarşısı necə alına bilər?

Arzuolunmaz hamiləlik: qarşısı necə alına bilər?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2023-cü ildə Azərbaycanda ana ölümlərinin səviyyəsi 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb. Bununla yanaşı hamilə qadınlar anemiya, qan dövranı sisteminin xəstəlikləri, proteinuriya, ödemlər və hipertenziv halları, cinsi yolla keçən və digər bu kimi səbəblərdən ümumilikdə 101 248 hamilə qadın xəstələnib və hamiləliyi riskli keçib.

Ekspertlər deyir ki, bu cür xəstəliklərin əsas səbəblərindən biri arzuolunmaz hamiləliklərin vaxtında qarşısının alınmamasıdır. Arzuolunmaz hamiləliklər və ailə planlaşdırılmasının düzgün aparılmaması fərdi problemlərlə yanaşı cəmiyyət səviyyəsində də bir sıra ciddi problemlər yaradır. Bura sağlamlıq, sosial, iqtisadi və psixoloji aspektləri əhatə edən problemləri misal göstərmək olar. 

Ailə planlaşdırılmasının düzgün aparılmaması bir sıra hallarda ananın və övladın ölümü ilə də nəticələnir. Belə ki, hamiləliyə tibbi cəhətdən hazır olmayan qadınlarda (xüsusilə gənc yaşda və ya 35 yaşdan sonra) ana və uşaq ölüm riskini artır. 

Ölkəmizdə bir çox ailələr arzuolunmaz hamiləliklərin qarşısını abortlarla almağa çalışır. Belə ki, ölkə üzrə abortların sayı 2021 ci ildə 46 877, 2022 ci ildə 57 999, 2023 cü ildə isə 73 816 olub. 15 49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 olub. Lakin bu da öz-özlüyündə ciddi fəsadlar törədir. Təhlükəsiz olmayan abortlar ağır qanaxma, infeksiya, sonsuzluq və hətta ölümlə nəticələnə bilər. Bu həmçinin depressiya, stres və post-travmatik stres pozuntusuna (PTSP) səbəb ola bilər. Qısa doğuş intervalları və ardıcıl hamiləliklər nəticəsində isə yenidoğulmuşlar zəif çəki, vaxtından əvvəl doğuş və inkişaf geriliyi ilə doğula bilərlər.
Həmçinin bu prosesin tənzimlənməməsi sosial, iqtisadi və uşaqlar üçün problemlər yaradır.

Maddi və emosional olaraq hazır olmadan dünyaya gələn uşaqlar ailədaxili gərginlik və münaqişələrə səbəb ola bilər. Yeniyetmə yaşda olan hamiləliklər qızların təhsilini yarımçıq qoymasına və sosial həyatdan uzaqlaşmasına səbəb olur. Ailə planlaşdırması olmayan cəmiyyətlərdə qadınlar arzuolunmaz hamiləliklər səbəbindən zorakılığa məruz qala bilər.

Bu cür doğuşlar, həm də ailənin iqtisadi vəziyyətini çətinləşdirir. Ailə daha çox uşağa baxmaq məcburiyyətində qalır, bu da gəlir azlığına səbəb ola bilər. Həmçinin bu səhiyyə sisteminə əlavə yük yaradır və dövlətin sosial yardım xərclərini artırır.

Ailə planlaşdırması olmayan ailələrdə böyüyən uşaqlar yetərli təhsil, qidalanma və diqqət ala bilmirlər. Valideyn qayğısı və nəzarəti çatışmayan uşaqlar gələcəkdə sosial uyğunsuzluq və cinayətkarlığa meylli ola bilərlər.

Modern.az-a açıqlamasında arzuolunmaz hamiləliklərin qarşısını almaq üçün reproduktiv sağlamlığın və cəmiyyətin bunu qəbul etməsinin önəmindən danışan sosioloq Lalə Mehralı bildirib ki, reproduktiv sağlamlıq ən birinci cinsi tərbiydir.

“Reproduktiv sağlamlıq bizim bütün həyatımız boyu  fiziki, psixoloji, sosial rifahımız deməkdir. Bu elə bir sistemdir ki, özündə nəinki cinsi tərbiyəni, eləcə də cinsi sağlamlığı qorumağı, yoluxucu xəstəliklərlə mübarizəni, cinsi savdlılığı ehtiva edir. Ümumi sağlamlıq da şərtdir təbii, lakin reproduktiv sağlamlığın qorunması həm də sağlam nəsil, sağlam ailə və sağlam gələcək deməkdir”, - o qeyd edib.

Sosioloq planlaşdırılmış ailə və planlaşdırılmış hamiləliyin daha sağlam bir nəsilartırma ilə ailənin rifahını artırdığını vurğulayıb:

“Siz bu sayədə istədiyiniz zaman övlad sahibi ola bilirsiniz, üstəlik ən yaxşı şərtlərdə və ən sağlam vəziyyətdə bunu edirsiniz. Reprodiktiv bilik sayəsində ailədə uşaqların sayı valideynlərin istəyi, həyat tərzi, təhsili və maddi imkanlarına uyğun planlaşdırılır. Bu da təbii olaraq uşaqların daha sağlam və rifahı yüksək ailədə böyüməsinə xidmət edir”. 

O qeyd edib ki, əgər reprodiktiv sağlamlıq təmin olunmasa bu həm ailənin, həm cəmiyyətin, həm də dövlətin rifahına təsir edir.

"Doğrudur, daha çox nəsilartırmanın, çoxuşaqlılığın tərəfdarıyıq, lakin əgər şərtlər imkan vermirsə, uyğun şərait yoxdursa planlaşdıraraq nəsil artırmaq lazımdır. Uşaqlara daha yaxşı həyat, daha yaxşı təhsil verə bilmək üçün bu şərtdir”- deyə sosioloq sonda qeyd edib.

Tibb üzrə mütəxəssislər bildirir ki, ailə planlaşdırmasının düzgün aparılmasının və arzulonmaz hamiləliklərin qarşısını alınmasının bir sıra üsulu var. 

1. Təbiətə və ya digər adı ilə insan bədəninə əsaslanan üsullar - Qadının menstrual dövrünə əsaslanaraq məhsuldar günləri müəyyən etmək. Yumurtlama zamanı bədən temperaturundakı dəyişiklikləri izləmək. Yumurtlama dövründə servikal mayenin vəziyyətini izləmək.

2. Məhsuldarlığın müvəqqəti qarşısını alan üsullar -   Hormonal kontraseptivlər – Həblər, iynələr, implantlar və hormonal spiral (IUD). Barrier üsulları – Prezervativ, diafraqma və spermisidlər (sperma öldürücü gellər). İntrauterin cihazlar (IUD) – Hormonal və ya mis spiral.  Fövqəladə kontraseptivlər – Qorunmasız cinsi əlaqədən sonra hamiləliyin qarşısını almaq üçün istifadə edilən “səhərdən sonra həbləri”.

3. Daimi üsullar – Sterilizasiya, kişilərdə vasektomiya, qadınlarda isə boru bağlanması (Fallop borularının bağlanması)

4. Təhsil və maarifləndirmə üsulu -  Cəmiyyət arasında reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında biliklərin artırılması, yeniyetmələr və gənclər üçün xüsusi maarifləndirmə proqramları, ailələrin reproduktiv sağlamlığa dair peşəkar tibbi məsləhət alması.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri