Icma.az
close
up
RU
Aşağı balla yüksək reytinqli ixtisaslara ümid etməyin XƏBƏRDARLIQ

Aşağı balla yüksək reytinqli ixtisaslara ümid etməyin XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə I və II ixtisas qrupları üzrə 150 ballıq ixtisasların yeni siyahısını açıqlayıb. Həmin siyahıya əsasən, ümumi nəticəsi 150 bal olan və blok imtahanından ən azı 50 bal toplayan abituriyentlər bu ixtisasların seçimində iştirak edə bilərlər. Lakin bu ixtisaslar üzrə qəbul yalnız ödənişli əsaslarla aparılır. Dövlət sifarişi əsasında qəbul olunmaq üçün isə abituriyentlərin blok imtahanından minimum 100 bal toplaması tələb olunur. Təbii ki, bu istiqamətlər üzrə təhsil almaq istəyən abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı və real qəbul şanslarını nəzərə almalıdırlar. Məsələn, maliyyə və ya kompüter mühəndisliyi kimi ixtisaslar bəzi dövlət universitetlərində 150 ballıq ixtisaslar sırasında təqdim olunsa da bu, həmin balla həmin universitetlərə qəbulun mümkün olduğu anlamına gəlmir. Belə bir gözlənti real deyil. Abituriyentlər qəbul ballarını və əvvəlki illərin statistik göstəricilərini düzgün təhlil etməlidirlər. Praktikada həmin balla qəbul şansları daha çox bölgə universitetlərində və ya Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrində olur. Buna görə də seçim zamanı bu amil mütləq nəzərə alınmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi 150 ballıq ixtisasların artırılmasından danışarkən səsləndirdi.

O qeyd etdi ki, belə bir qərarın qəbul edilməsi ali təhsilə çıxış imkanlarını genişləndirir və təhsilin əlçatanlığına xidmət edir:

"Bununla yanaşı, əsas məqsəd əmək bazarı üçün ixtisaslı kadrların hazırlanması olmalıdır. Təcrübə göstərir ki, 150 balla qəbul olunan abituriyentlər arasında yüksək akademik göstəricilər əldə edərək peşəkar mütəxəssis kimi formalaşanlar olsa da, bu hallar daha çox istisna təşkil edir. Böyük əksəriyyət isə akademik göstəricilərinin aşağı olması səbəbindən əmək bazarının tələblərinə tam cavab verən ixtisaslı kadr kimi formalaşa bilmir. Bununla belə, bu qərar həm ölkə iqtisadiyyatı baxımından, həm də vətəndaşların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəticədə həmin gənclər təhsil almaq üçün xarici ölkələrə üz tutmaq əvəzinə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar. Əks halda, minlərlə gəncin müxtəlif xarici ölkələrdə, bəzən də qeyri-qanuni yollarla ali təhsil almağa üstünlük verməsi üçün zəmin yarana bilər ki, bu da ölkənin prioritetlərinə uyğun hesab edilmir", - deyə müsahibimiz səsləndirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Avqust 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri