Aİ Ermənistana əlavə 18 milyon avro ayırdı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Komitəsinin 7-ci iclası keçirilib.
"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, komitə Ermənistan-Avropa İttifaqı “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi” (CEPA) çərçivəsində yaradılıb.
Tərəflər AAK-ın uğurla həyata keçirilməsini və Ermənistan-AB tərəfdaşlığının strateji gündəliyini müzakirə ediblər.
Aİ Ermənistana 270 milyon avroluq Davamlı İnkişaf Proqramının həyata keçirilməsi üçün əlavə 18 milyon avro ayıracaq.
Ermənistan Aİ-nin muxtar ticarət tədbirlərinin qəbul edilməsinə görə minnətdarlığını bildirib. Bu tədbirlər çərçivəsində növbəti iki il ərzində Aİ-yə ixrac edilən Ermənistan mənşəli malların təxminən 80%-i Avropa bazarına rüsumsuz girişdən faydalanacaq.
Tərəflər Avropa Sülh Fondu çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün bu günə qədər verilən 30 milyon avroluq dəstəyi alqışlayıblar.
Ermənistan və Aİ bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq, bütün iştirakçı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmətlə yanaşılmaqla, Ermənistan, Azərbaycan və Türkiyə arasında nəqliyyat, enerji və rəqəmsal rabitənin yenidən açılmasının vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 20 Noyabr 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















