Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
"Bakının Nəsimi rayonunda salınacaq nəhəng parkla bağlı işlərə başlanıb".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu, 28 May küçəsində 10 hektara qədər ərazini əhatə edəcək parkın layihəsində nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb:
Xatırladaq ki, sözügedən park 28 May küçəsində "The Ritz-Carlton Baku" hotelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınacaq.
Park ərazisində müxtəlif yaş qrupları üçün idman və uşaq oyun və tennis meydançalarının, süni göllərin, amfiteatr və su rezervuarlarının quraşdırılması gözlənilir.
Həmçinin ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradılacaq. Keçid meydançaları, velosiped yolları çəkiləcək, dekorativ daşlar və qranit örtük çəkiləcək.
Yeni parkda böyük yaşıllıq sahələri salınaraq ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları yaradılacaq.
Baxış sayı:127
Bu xəbər 12 Noyabr 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















