Icma.az
close
up
RU
“ASAN Könüllüləri” AMEA nın Mərkəzi Elmi Kitabxanası ilə tanış olublar

“ASAN Könüllüləri” AMEA nın Mərkəzi Elmi Kitabxanası ilə tanış olublar

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“ASAN Könüllülər”lə görüşən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov gəncləri bu elm məbədində salamlayaraq, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb, həmçinin zəhmətkeş və yüksək intellektə malik gənc nəslin formalaşmasında kitabxanaların əhəmiyyətli rol oynadığını qeyd edib.

MEK Qadınlar Şurasının təşkilatçılığı davam edən görüş zamanı Şuranın sədri, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə və Şuranın sədr müavini, Biblioqrafiya şöbəsinin müdiri fil.ü.f.d. Aytən Əliyevanın müşayiəti ilə könüllülər Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələr və ilboyu davam edən digər sərgilərlə tanış olub, nəşrlər haqqında ətraflı məlumat alıblar.

Daha sonra “ASAN Könüllüləri” Akademiklər kitabxanası, Nadir kitablar fondu və Akademiklər zalında olublar, həmçinin AMEA-nın 15 təsisçisinin büstlərinə baxıblar. 

Ziyarətçilər Qarabağ müharibəsi qəhrəmanları fondunda şəhidlərimizə aid saxlanılan materiallar – sənədlər, fotoşəkillər, onların haqqındakı kitablar və özlərinin yazdıqları əsərlər barədə ətraflı məlumat əldə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri