“ASAN xidmət”ə görə bu şirkətə yarım milyon köçürüləcək
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Qəbələ, Quba və Salyan regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərə görə 510 262 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə “Tu Clean Life” MMC ilə müqavilə bağlayıb.
Buraya inzibati binalarda təmizlik işləri, fasadın yuyulması və ağaclara qulluq xidməti daxildir.
Cabir Həsənov

