Icma.az
close
up
RU
GYB nin Azərbaycan bölməsinin dərc etdirdiyi “Körük” jurnalı yenidən nəşr olunub

GYB nin Azərbaycan bölməsinin dərc etdirdiyi “Körük” jurnalı yenidən nəşr olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 6 iyun, AZƏRTAC

Tbilisidə Gürcüstan Yazıçıları Birliyinin (GYB) Azərbaycan bölməsinin dərc etdirdiyi “Körük” adlı ədəbiyyat və sənət jurnalının uzun fasilədən sonra yenidən nəşrinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində yeni nəşrin təqdimatı olub.

Mərasimdə GYB-nin Azərbaycan bölməsinin rəhbəri, dərginin baş redaktoru Allahverdi Təkləli, türkiyəli şair Aytekin Karpaça, azərbaycanlı ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə işıq üzü görmüş nəşrdə Gürcüstanın azərbaycanlı şair və yazıçıların əsərləri ilə yanaşı, müasir Azərbaycan, gürcü və dünya ədəbiyyatının nümunələri də yer alıb.

A.Təkləli deyib ki, “Körük” jurnalının məqsədi Gürcüstanın azərbaycanlı icmasının ədəbi irsini qoruyub saxlamaq, təbliğ etmək və yeni qələm sahiblərini cəmiyyətə tanıtmaqdır. O, jurnalın yenidən nəşr olunmasına göstərdiyi maddi dəstəyə görə, TİKA-ya təşəkkürünü bildirib, jurnalın iki ayda bir dəfə nəşr olunacağını bildirib.

Sonda tədbir bədii hissə ilə davam edib, aşıq Nargilə Mehtiyeva ifalarını təqdim edib, müxtəlif şeir nümunələr söylənilib.

GYB-nin sədri Bağatur Arabuli AZƏRTAC-a müsahibəsndə deyib ki, bir neçə ilə əvvəl Tbilisidə Azərbaycan və gürcü dillərində “Şəfəq-Sxivi” və "Körük" jurnalları nəşr olunurdu. Sonradan müxtəlif səbəblərdən bu jurnalların nəşri dayandırıldı. Lakin bu gün “Körük” jurnalının yenidən nəşr olunması mühüm əhəmiyyət kəsb edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 03:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri