Icma.az
close
up
RU
Asan yoldan pul qazanmaq sevdasına düşənlər çoxalır SOSİOLOQ DETALLARI AÇIQLADI

Asan yoldan pul qazanmaq sevdasına düşənlər çoxalır SOSİOLOQ DETALLARI AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Əmək insanın zinətidir, insanın xarakterini formalaşdıran əsas amillərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, zəhməti sevən insan təbiətə, insanlara pislik etməz, zəhmətin nə oldğunu bilən insan bu dünya üçün lütfdür, bəxşişdir: "Əmək bizi tərbiyə edir, desək, yanılmarıq. Zəhmətkeş insanın mənəviyyatı, əxlaqı zəhmətinə bərabər olur, o əməyin nə olduğunu bildiyi üçün xarakterinə də əmək yoğrulur. Bu dünya əməyi ilə həyatını qazanan insanların sayəsində öyrənib əzmin, iradənin, qətiyyətin, məsuliyyətin nə olduğunu. Biz zəhmətin sayəsində öyrənirik problemlərin həllini.

Bu günün yaranması tarixi, əhəmiyyəti, insanlara ötürdüyü mesaj əhəmiyyətlidir. Dünya əməklə qurulub, insan zəhməti var hər daşda, hər tikilidə. Amma indi əməkdən uzaqlaşan bir nəsil formalaşıb, əl əməyinin nə olduğunu bilməyən insan çoxalır. Asan yoldan pul qazanmaq sevdasına düşənlər, oturduğu yerdən qazanc əldə etmək istəyənlər, sosial şəbəkələrdə oturub başqalarının göndərdiyi hədiyyələr hesabına həyatını yaşayanlar çoxalır.

May ayının 1-i dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Bu günün məqsədi zəhmətkeşlərin haqqını tanımaq və onların hüquqlarını müdafiə etməkdir. Əvvəlcə müasir Avropa ölkələrində 1 May bahar bayramı kimi qeyd olunurdu. 1 May zəhmətkeşlərin günü kimi tanınmağa 19-cu əsrin sonlarında başladı. 1886-cı il mayın 1-də Çikaqoda işçilər səkkiz saatlıq iş günü və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə başladılar. Polislə toqquşmalar bir neçə gün davam etdi və mayın 4-də kulminasiya nöqtəsinə çatdı və 100-dən çox adam yaralandı. Bu hadisənin xatirəsinə 1889-cu ildə İkinci Beynəlxalq Paris Konqresi hər il mayın 1-də qeyd edilməli olan Beynəlxalq Zəhmətkeşlər Gününü təsis etdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri