Icma.az
close
up
RU
ASCO nun Strateji İnkişaf Planı çərçivəsində tikilən üçüncü Ro Pax tipli gəmi bərə üzrə işlərin 49% i yekunlaşıb VİDEO+FOTO Yeni Gündəm

ASCO nun Strateji İnkişaf Planı çərçivəsində tikilən üçüncü Ro Pax tipli gəmi bərə üzrə işlərin 49% i yekunlaşıb VİDEO+FOTO Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

Orta Dəhliz üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımaların mühüm iştirakçısı olan ASCO, eləcə də bu dəhliz üzrə yükdaşımaların bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik növbəti Ro-Pax tipli unikal bərə-gəminin tikintisi davam etdirilir. Söhbət Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırlanmış ASCO-nun Strateji İnkişaf Planı çərçivəsində inşa edilən sayca üçüncü milli Ro-Pax tipli gəmi-bərədən gedir.

ASCO-nun iki il əvvəl Bakı Gəmiqayırma Zavodunda yerləşdirdiyi sifarişə uyğun olaraq tikilən gəminin gövdə hissəsi üzrə işlərinin 88 faizi artıq tamamlanıb. Layihənin mühəndislik üzrə işlərinin 97, satınalma və təchizat üzrə işlərinin isə 82 faizi icra edilib.Bununla yanaşı, baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemi, həmçinin yük lifti ilə bağlı avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmiyə yerləşdirilib. Bütün bunları nəzərə almaqla, demək olar ki, ümumilikdə sözügedən gəminin inşasının 49 faizi geridə qalıb. Gəminin təhvil verilməsi isə gələn ilin birinci rübünə planlaşdırılır.

Yeni gəminin dizaynı 2021 və 2022-ci illərdə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eynidir.

Dedveyti dənizdə 5740 ton olacaq unikal-bərənin sürəti 14 uzel, uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü isə 7.5 metr təşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul edə biləcək.

Yeni gəmi-bərə də ASCO-nun digər bərələri ilə birgə Gəmiçiliyin yükdaşıma potensialının dayanıqlılığının qorunub saxlanılmasına, Xəzər üzərindən artan vaqon və TIR daşıma həcmlərinin qarşılanmasına mühüm töhfə verəcək. Ümumilikdə isə bu gəmi-bərə əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasında, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin daha da inkişafında xüsusi rol oynayacaq.

Qeyd edək ki, Ro-Pax tipli gəmilərin inşası ölkəmizdə həyata keçirilənədək gəmi-bərələr xaricdə tikilərək Azərbaycana gətirilirdi. Bu zaman onların Volqa-Don kanalından Xəzərə maneəsiz daxil ola bilməsi üçün eni, uzunluğu və hündürlüyü qısaldılırdı. Nəticədə isə sahə itkisinə yol verilirdi və bu da birbaşa yükdaşımaların həcminin azalmasına təsir göstərirdi. İşin Bakı Gəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri tam aradan qaldırdı. Belə ki, unikal dizayna malik bu tip gəmilər Xəzərdə mövcud vəziyyət, gəmiçiliyin vaqon, TIR və sərnişin daşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 27 Yanvar 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri