Icma.az
close
up
RU
Asəf Çopurov: “Döyüş zamanı Həbib Nurməhəmmədova təbəssüm etməyi də fürsət tapdım”

Asəf Çopurov: “Döyüş zamanı Həbib Nurməhəmmədova təbəssüm etməyi də fürsət tapdım”

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanlı qarışıq döyüş növləri (MMA) ustası Asəf Çopurov etiraf edib ki, Əbu-Dabidə keçirilən “UAE Warriors” turnirində çempionluq kəməri uğrunda döyüşdə qələbə ona o qədər asan başa gəlib ki, hətta qarşılaşma zamanı Həbib Nurməhəmmədovla bir-birinə təbəssüm də etməyə fürsət tapıb.

İdman.Biz-in məlumatına görə, Azərbaycan təmsilçisi Əbu-Dabidə keçirilən “UAE Warriors” turnirində yüngül çəki dərəcəsində titul döyüşündə Cənubi Afrikalı döyüşçü Demarte Penyaya qarşı inamlı qələbə qazanıb.

“Bizim planımız onu təzyiq altında saxlamaq və bütün raundlar boyu üstünlük nümayiş etdirmək idi. Hər şey planlaşdırdığımız kimi alındı. Üçüncü raund başa çatdıqdan sonra – hansı ki, sonuncu oldu – özüm də təəccübləndim ki, heç yorğunluq hiss etmədim. Döyüş zamanı hətta Həbib Nurməhəmmədovla bir-birimizə təbəssüm də etdik. Yəqin ki, bu, hər şeyi tam nəzarətimdə saxladığım yeganə döyüş idi”, - Çopurov “Vestnik MMA” “YouTube” kanalına müsahibəsində deyib.

O, həmçinin Həbib Nurməhəmmədovla aralarında yaşananların nədən ibarət olduğunu da açıqlayıb.

“Gülümsədim və ona göz vurdum, o isə əl çalaraq qarşılıq verdi. Düşünürəm ki, yadında qaldım" - döyüşçü qeyd edib.

Qeyd etmək lazımdır ki, titul döyüşündə beş raund planlaşdırılmışdı, lakin Cənubi Afrikalı döyüşçü üçüncü raunddan sonra mübarizəni davam etdirməkdən imtina edib.

“Bir epizodda o, məni ayaq zərbəsi ilə bədənə vurmaq istədi, amma mən həmin zərbəni dirsəklə çox sərt qaytardım. Bundan sonra onun addımı da ləngidi, tempi də azaldı, həm də dözümlülük baxımından onu üstələdim. Hesab edirəm ki, hansısa anda ruhdan düşdü, çünki raundlar arasında o, küncdə otururdu, mən isə ayaq üstə dayanmışdım, gəzir, dostlarımla danışır, hətta onları sakitləşdirməyə də vaxt tapırdım. Beləcə, hər şey əla keçdi”, - Çopurov bildirib.

Azərbaycanlı döyüşçü həmçinin UFC-yə keçid perspektivlərindən də danışıb.

“Çox ümid edirəm ki, menecerim Rubi (döyüşçünün meneceri Daniel Rubenşteyn – red.) nəhayət işə başlayacaq. Allah qoysa, bəlkə gələn il ora düşərəm, bəlkə də bu il, qısa müddətli xəbərdarlıqla (yəni döyüş iştirakçılarından biri son anda iştirak edə bilmədikdə – red.) ora çıxmaq imkanım olar. Mən hər zaman hazır oluram, qarşıda döyüş olsun, ya olmasın, fərq etmir - daim məşq edirəm. Sadəcə, bu prosesin özündən zövq alıram" - Çopurov vurğulayıb.

Bu arada döyüşçü etiraf edib ki, döyüşdən sonra özünü o qədər yaxşı hiss edir ki, artıq bu həftəsonu Əbu-Dabidə keçiriləcək “UFC 321” turnirində döyüşə çıxmağa və hər hansı bir idmançını əvəzləməyə hazırdır.

“Əgər hansısa döyüşçü zədələnərsə, mən onu əvəz etməyə hazıram. Məsələn, əgər Mario Bautista döyüşdən kənar qalsa, mən Umar Nurməhəmmədova qarşı çıxmağa hazıram. Kimlə döyüşəcəyim fərq etməz, mən hər an vuruşmağa hazıram", - Çopurov bildirib.

İdmançımız həmçinin etiraf edib ki, amerikalı PFL təşkilatı onunla müqavilə imzalamaq üçün UFC-dən üç dəfə çox məbləğ təklif edib.

“Mən pulun dalınca qaçmıram, çünki mənim bir arzum, bir məqsədim var və ona doğru gedirəm. Pul isə zamanla mütləq gələcək", - Çopurov əlavə edib.

Teymur Tuşiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri