Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Qarabağ Universiteti beynəlxalq keyfiyyət təminatı və qlobal tanınma istiqamətində mühüm nailiyyətə imza atıb.
“Qafqazinfo” xəbər verir ki, universitetin Biznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” ixtisasları dünyanın ən nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunub.
Bu akkreditasiya Qarabağ Universitetində hər iki ixtisas üzrə tədris olunan proqramların akademik məzmununun, təlim nəticələrinin və qiymətləndirmə mexanizmlərinin ACCA-nin beynəlxalq standartlarına tam uyğun olduğunu təsdiqləyir.
Akkreditasiya çərçivəsində “Mühasibat” və “Maliyyə” ixtisasları üzrə gələcək məzunlar 5 il müddətində ACCA-nin imtahanlarından (Business and Technology, Management Accounting, Financial Accounting, Corporate and Business Law) azad olunacaqlar.
Bu mühüm üstünlük tələbələrimizə beynəlxalq peşəkar sertifikatlaşma yolunda vaxt və resurslara qənaət etməklə yanaşı, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
ACCA akkreditasiyası Qarabağ Universitetinin beynəlxalq ali təhsil məkanına inteqrasiyasını gücləndirməklə yanaşı, tələbələrimiz üçün qlobal tanınma, geniş karyera imkanları və beynəlxalq maliyyə institutlarında çalışma perspektivləri yaradır.
Qeyd edək ki, Qarabağ Universitetində tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələr üçün qlobal imkanların açılması istiqamətində fəaliyyətlərə xüsusi önəm verilir.

Baxış sayı:145
Bu xəbər 06 Yanvar 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















