Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Asif Nərimanlı: “Ukrayna Rusiyanın “kölgə donanması”nı hədəf alacaq”

Asif Nərimanlı: “Ukrayna Rusiyanın “kölgə donanması”nı hədəf alacaq”

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 29-da Qara dənizdə “Kairos” və “VİRAT” neft tankerlərinin hücuma məruz qalması Türkiyə Nazirlər Kabinetinin iclasında müzakirə olunub. Belə ki, Rusiyaya məxsus “Kairos” və “Virat” gəmilərində baş verən partlayışların nəticələrini nəzərdən keçiriblər.  Nazirlər Kabinetinin iclasından sonra, xalqa müraciətində Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan neft tankerlərinin hücuma məruz qalmasına münasibət bildirib.

Ərdoğan bildirib ki, Rusiya və Ukrayna arasında müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatıb. Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da neft tankerlərinin hücuma məruz qalması ilə bağlı danışıb.
Putinin sözçüsü Ukraynanın Qara dənizdəki tankerlərə qarşı hücumunu yolverilməz hadisə adlandırıb: “Bu, Türkiyə Respublikasının suverenliyinə, bu gəmilərin sahiblərinin əmlakına qəsddir”.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Sea Baby” tipli dəniz dronları Qara dənizdə Rusiya Federasiyasının “kölgə donanması”na məxsus “Kairos” və “Virat” adlı sanksiya altındakı iki neft tankerini vurub.
Türkiyə Dənizçilik Baş İdarəsinin yaydığı məlumata görə isə bu gün Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirilib.
“MIDVOLGA-2” tankerinin Rusiyadan Gürcüstana gedərkən Türkiyədən sahilindən 80 mil məsafədə hücuma məruz qaldığı qeyd edilib. 
Nəzərə çatdıraq ki, Ukraynanın Baltik dənizində də gəmilərə hücum etdiyi bildirilir. Belə ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Ukrayna hərbi komandanlığını Baltik dənizində gəmilərə qarşı hücumlar etməməyə çağırıb.
Nazir bildirib ki, belə addımlardan çəkinmək daha məntiqli olardı.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Hurriyyet.az-a bildirib ki, Ukraynanın Qara dənizdə, xüsusən Turkiyə sularında belə bir hücum həyata keçirməsi bütövlükdə regionun təhlükəsizliyini təhdid edir: “İlk öncə, beynəlxalq daşımalarda problem yaradır, beynəlxalq daşımaların qarşısını alır. Digər tərəfdən, region ölkələrinin təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Hesab edirəm ki bunu rəsmi Kiyev də anlayır ki, bu cür addımlar riskli addımlardır, amma Ukraynanın bunu anlamağına rəğmən, belə bir addımı atmasının iki əsas  məqsədi var. Birincisi, Rusiyanın “kölgə donanması”nı şirdan çıxarmaqdır. Bilir ki, Rusiya sanksiyalardan yayınmaq üçün “ gölgə donanması”ndan istifadə edir. Bunu Qərb ölkələri də anlayırlar. Lakin indiyə qədər bu haqda məlumatlar yayılsa da, Qərb ölkələri konkret kimlərin “kölgə donanması”nda iştirak etməsini açıqlasa da, onlar sanksiya tətbiq etsə belə, bu prosesin qarşısını ala, praktiki müstəvidə ciddi addım ata bilmirlər və yaxud da atmırlar. Nəticə etibarilə Rusiyanın bu sanksiyalardan yayınma imkanları tükənmir. Ukrayna belə bir hücumla həm bir növ “kölgə donanması”nı hədəf alır, həm də “kölgə donanması”nda iştirak edən ölkələrə, o cümlədən şirkətlərə mesaj verir ki, onların təhlükəsizliyi yoxdur. Yəni “kölgə donanması”nda kim iştirak edirsə, daima Ukraynanın hədəfindədir, hədəfində olacaq. Yəni bir növ bu addımı ilə həm də “kölgə donanması”nda iştirak edənləri çəkindirmək istəyir”.
A.Nərimanlı bildirib ki, Ukraynanın ikinci əsas məqsədi tarana getməkdir: “Yəni dediyim kimi, rəsmi Kiyev anlayır ki, bu, region ölkələri ilə münasibətlərinə təsir edə bilər, amma Ukrayna mövcud vəziyyətdə tarana getmək siyasətini yürüdür. Yəni mesaj verir ki, regionun təhlükəsizliyi Ukraynadakı müharibədən, Ukraynanın təhlükəsizliyindən asılıdır. Əgər Ukrayna təhlükəsiz vəziyyətdə deyilsə, əraziləri işğal edilibsə, regionda da təhlükəsizlik olmamalıdır. Bir növ Rusiya-Ukrayna müharibəsinin təkcə Rusiya-Ukrayna sərhədlərindən ibarət olmadığını göstərməyə çalışır. Müharibənin bütövlükdə Avropa ilə yanaşı, həm də Qara dəniz bölgəsini ciddi təhdid etdiyini göstərmək istəyir. Hesab edirəm ki, bu hücum həm də region ölkələrinə bu mesajı vermək məqsədi daşıyır”
“Burada məqsəd Türkiyə başda olmaqla, region ölkələrini Rusiya-Ukrayna danışıqlarına cəlb etmək və Rusiyaya qarşı mövqeləndirmək məqsədi daşıyır. Hesab edirəm ki, rəsmi Kiyevin risklər fonunda məqsədləri bundan ibarətdir. Qarşıdakı dövrdə bu cür addımlar daha da sərtləşə bilər. Yəni Ukrayna müxtəli ölkələrin ərazilərində, müxtəlif ölkələrə məxsus sularda, xüsusən Qara dəniz bölgəsində Rusiyanın “kölgə donanması”nı hədəf alacağı addımları ata bilər. Bu, təbii ki, Türkiyə-Ukrayna münasibətlərində problemlər, gərginliklər yarada bilər. Amma hesab edirəm ki, son hadisələrin Ankara-Kiyev münasibətlərinə ciddi təsiri olmayacaq. Bəllidir ki, müəyyən kanallarla diplomatik danışıqlar aparılır. Əslində, Türkiyənin əsas mövqeyi də bu addımların davam etməməsidir. Amma hazırkı vəziyyətdə bunun münasibətlərə ciddi təsir edəcəyini düşünmürəm. Lakin bu cür davam edəcəyi təqdirdə, məsələ bir qədər kəskinləşə bilər. Yəni dediyim kimi, Ukrayna Rusiyanın “kölgə donanması”nı hədəf alacaq, addımlarını genişləndiərcək. Bu halda isə Türkiyə və Ukrayna arasında deməzdim münasibətlər pisləşəcək, amma hər halda, diplomatik danışıqların ritorikası sərtləşə bilər”. 
A.Nərimanlı hesab edir ki, Türkiyə bu prosesə müdaxilə etməyə çalışacaq: “Bu müdaxilə də böyük ehtimalla Rusiya-Ukrayna arasında danışıqların davam etdirilməsi və ortaq bir məxrəcin tapılması, yəni atəşkəsin və yaxud sülh planının imzalanmasıdır. Və yaxud ən azından yaxın dövrdə bu danışıqlarda sülhlə bağlı konkret nəticələr əldə edilməsə belə, Türkiyə tərəfi özünün də iştirak edəcəyi mümkün danışıqlarda regional təhlükəsizliyin qorunması üçün qarşılıqlı qərarların, razılaşmaların əldə olunmasna çalışacaq. Çünki belə bir razılaşma və yaxud öhdəliklər olmasa, qarşıdakı dövrdə bu cür hücumlar daha da güclənə bilər”.
CAVİD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri