Icma.az
close
up
RU
Asılılıq və ondan qurtulmaq yolları

Asılılıq və ondan qurtulmaq yolları

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Kimyəvi maddələrə qarşı asılılıq artıq xroniki beyin pozuntusu kimi dəyərləndirilir. İnsanı dəfələrlə narkotik və ya spirtli içki qəbul etməyə sövq edən hüceyrə səviyyəsindəki pozuntulardır. Hər maddənin asılılıq yaratma müddəti fərqlidir, ancaq nəticə eynidir – kimyəvi və psixoloji asılılıq yaranır (bədəndə hiss olunur). Üstəlik, bunlardan ən təhlükəlisi psixoloji asılılıqdır ki, məhz onun nəticəsində insanlar əvvəlki sağlam həyatarına qayıda bilmirlər". Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun fikrinə görə, bütün asılı olmayan sağlam insanlar onları qınayır və insanların necə maddə asılısı ola biləcəkləri haqqında düşünürlər. Amma bir şeyi bilmək lazımdır ki, hər kəs asılılıq problemi ilə üzləşə bilər: "Məsələn, güclü emosional şok, dağıdıcı və ardıcıl baş verən uğursuzluqlar, həyatın müəyyən bir dövründə yaşanan emosional zəiflik asılılığın yaranması üçün kifayətdir. Əsas məqam elə bütün bunlardan ibarətdir – əvvəllər normal sosial həyatı olan bir adam tez bir zamanda asılılıq uçurumundan düşür. Kimyəvi maddələr (narkotik maddələr, alkoqol və ya hətta nikotin) beyni stimullaşdırır, şüuru dəyişdirir və eyforiya epizoduna səbəb olur. Vaxt keçdikcə bu maddələrin istifadəsi insanın sevinc, diqqətsizlik və xoşbəxtlik hisslərini yaradan yeganə seçimə çevrilir. Bu maddələrin istifadəsi problemlərdən xilas olmaq üçün vasitə rolunu oynamağa başlayır".

"Asılılıq bütün orqanizmi, xüsusən də sinir sistemini tükədir. Bundan əlavə şəxs maddə qəbul etmədən hissləriylə mübarizə apara bilmir. Asılılıqdan əziyyət çəkən şəxs maddə istəyindən (damlalar vasitəsilə, klinikada müalicə zamanı) qurtulsa belə, psixoloji asılılıq emosional narahatlıq zamanı dərhal özünü xatırladır. Bunun üçün mütləq psixoloqa müraciət etmək və müxtəlif fəaliyyət növü ilə məşğul olmaq əsas şərtdir", - deyə Yeganə Əsgərova fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri