Icma.az
close
up
RU
Gənclər və sosial mediadan asılılıq: Çıxış yolları nələrdir?

Gənclər və sosial mediadan asılılıq: Çıxış yolları nələrdir?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son on ildə sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Xüsusilə gənclər üçün sosial şəbəkələr dostlarla ünsiyyət, məlumat əldə etmə və əyləncə mənbəyi kimi əhəmiyyət kəsb edir. Lakin bu platformaların istifadəsinin həddindən artıq olması müxtəlif psixoloji və sosial problemlərə səbəb ola bilər. Bu araşdırmada gənclərin sosial mediadan asılılığının təsirləri və ondan qurtulma yolları təhlil ediləcək.

Sosial media platformaları istifadəçiləri cəlb etmək üçün müxtəlif mexanizmlərdən istifadə edir. "Bəyənmə" və "şərh" kimi qarşılıqlı əlaqə formaları beyində dopamin ifrazını artıraraq, müsbət emosiyalar yaradır. Vaxt keçdikcə bu, vərdiş halına gəlir və sosial media real həyatda qarşılıqlı münasibətlərin yerini almağa başlayır.

Bakıvaxtı.az xəbər verir ki, araşdırmalar göstərir ki, sosial mediadan həddindən artıq istifadə bunlara səbəb olur:

"Psixoloji problemlər-depressiya, narahatlıq və aşağı özünəinam, akademik performansa mənfi təsir- diqqətin azalması və vaxtın səmərəsiz istifadəsi, real ünsiyyət bacarıqlarını zəifləməsi- üzbəüz ünsiyyətin azalması və sosial təcrid".

Sosial mediadan asılılığın qarşısını almaq üçün aşağıdakı üsullar təklif olunur:

1. Vaxt məhdudiyyəti qoymaq – sosial media istifadəsinə gündəlik limit qoymaq;

2. Real həyatda ünsiyyəti artırmaq – ailə və dostlarla daha çox vaxt keçirmək;

3. Alternativ fəaliyyətlər tapmaq – idman, kitab oxumaq və ya yeni hobbilərlə məşğul olmaq;

4. Rəqəmsal detoks etmək – həftədə ən az bir gün sosial mediadan uzaq durmaq;

5. Tətbiqlərdən istifadə etmək – sosial media istifadəsini izləyən və məhdudlaşdıran proqramlardan yararlanmaq.

Sosial media gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, onun istifadəsi nəzarətsiz qaldıqda mənfi təsirlər yarada bilər. Gənclərin sosial mediadan balanslı şəkildə istifadə etməsi üçün fərdi və ictimai səviyyədə tədbirlər görülməlidir. Təhsil müəssisələri və valideynlər bu istiqamətdə aktiv rol oynamalıdırlar. Əks halda, sosial mediadan asılılıq gələcək nəsillər üçün ciddi sosial problemlərə yol aça bilər.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri