Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Asim Xudiyev: “Bu gün də çətin oyunlardan söz düşəndə həmin matçı yada salıram” MÜSAHİBƏ

Asim Xudiyev: “Bu gün də çətin oyunlardan söz düşəndə həmin matçı yada salıram” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin İdman.biz-ə müsahibəsi

- Ötən həftə doğum gününüz idi. Necə qeyd etdiniz?

- Həmin gün iş başında idim. “Neftçi 2”- “Sumqayıt 2” matçına hakim-inspektor təyin olunmuşdum. Sonra isə ailə üzvlərimlə qeyd etdim.

- Ömrünüzün 68 ilinin 50 ili futbolda keçib. Necə dəyərləndirirsiniz yarım əsri?

- 17 yaşımda “Neftçi” komandasına cəlb olunandan indiyə kimi futbolumuza xidmət edirəm. Bu illərdə Azərbaycan futbolunu həm Sovetlər, həm də müstəqillik dövründə yüksək səviyyədə təmsil etməyə çalışmışam. İstər futbolçu, istərsə də hakim kimi özümü təsdiq etmişəm. 20 ilə yaxındır ki, UEFA-nın üzvüyəm. Hakim-inspektor kimi Avropanın rəsmi oyunlarına təyinat alıb, Azərbaycan hakimlik məktəbini təmsil edirəm.

- Futbolçu olmaq daha çətindir, yoxsa hakim?

- Hakim olmaq çox çətindir. Futbol kollektiv oyundur, referi isə təkdir.

- 200-dən çox matç idarə etmisiniz. Bunların içərisində ən yaddaqalan hansı olub?

- Yaddaqalan qarşılaşmalar çox olub, ancaq ən maraqlı, psixoloji səviyyədə təzyiqlərin olduğu 2001-ci ildə Azərbaycan çempionatı çərçivəsində Tovuz şəhərində keçirilən “Turan” - “Şəmkir” oyunu olub. Qonaqlar həmin matçda qalib gəldi. Bu gün də dostlarımız, hakimlər arasında çətin oyunlardan söz düşəndə həmin matçı yada salıram.

- Nə idi həmin oyunun fərqi?

- Həmin oyunun ətrafında olan şəxslər tərəfindən hakimlərə böyük təzyiq var idi.

- Bugünki gənc hakimlər arasında xüsusilə fərqləndirdiyiniz kimsə varmı?

- Futbol ictimaiyyəti fikrimcə, hər şeyi yaxşı bilir. Hansısa hakimin adını çəkmək düzgün olmaz. Hər bir cavan kadr öz üzərində çalışmalıdır ki, yüksək səviyyəli hakimlər sırasına daxil olsunlar. Başda Əliyar Ağayev olmaqla, bu gün öz üzərində işləyən xeyli gənc hakimlərimiz var.

- Sovet dövründə hakimlik daha asan idi, yoxsa indi?

- Fikrimcə, Sovet dövründə hakimlik daha asan idi. Düzdür, hakimlik karyeramın az qismi həmin dövrə düşüb. Ancaq düşünürəm ki, müstəqillik dövründə Azərbaycan çempionatında hakim olmaq həm çətindir, həm məsuliyyətli.

- Sizcə, bu fərqi yaradan səbəblər nədir?

- Sovet hakimlik məktəbi daha yüksək səviyyədə idi. Ancaq indi hakimlər müstəqillik dövründə yaranan məktəbi davam edirlər. Zamanla hakimliyə yanaşma da dəyişir. Çox olmasa da, müəyyən fərqlər var.

- Sovet dövründə VAR-da yox idi, məsələn.

- Düzdür, indi texnika hakimlərə kömək edir. Hətta dörd hakimdən başqa VAR-da olan iki hakim də prosesə nəzarət edir. İstənilən halda, indi hakim olmağın daha çətin olduğunu düşünürəm.

- Özünüzə növbəti yaşınızda nə arzulayırsınız?

- Bir çox veteran hakim futbolda qalmaq istəyər. Əgər bizim Azərbaycan futboluna faydamız toxunacaqsa, əməkdaşlığımız davam edəcək. Mən buna ümidliyəm. Özümə can sağlığı və bundan sonra da bacardığım qədər futbolda qalmağı arzulayıram.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri