Icma.az
close
up
RU
Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir: Qədim yurd yerlərimiz gündəmdə

Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir: Qədim yurd yerlərimiz gündəmdə

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış ziyalılar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova çıxışında tədbirin Qərbi Azərbaycanın ruhunu və Aşıq Ələsgərin zəngin yaradıcılıq irsini əks etdirdiyini vurğulayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov Aşıq Ələsgərin yaradıcılığını yalnız poeziya deyil, milli yaddaşın mühüm daşıyıcısı kimi qiymətləndirib. O bildirib ki, universitet olaraq milli irsə, xüsusilə də aşıq sənətinə bağlılıq təhsil prosesində ardıcıl şəkildə davam etdirilir.

Beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova öz çıxışında Aşıq Ələsgərin yalnız böyük söz ustadı deyil, eyni zamanda, Qərbi Azərbaycanın dərdini, sevincini və torpaq həsrətini sazı və sözü ilə bir millətin ruhuna hopduran milli kimlik rəmzi olduğunu vurğulayıb. O qeyd edib ki, XIX əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ələsgər təkcə bölgənin deyil, bütövlükdə Azərbaycan xalq ədəbiyyatının unudulmaz söz ustadlarındandır. Onun qoşmaları, gəraylıları və təcnisləri xalqımızın fəlsəfi dünyagörüşünü, ictimai-sosial düşüncəsini və həyat tərzini bədii dillə ifadə edir. Aşıq Ələsgərin zəngin poetik irsi milli-mənəvi dəyərlərimizin daşıyıcısı və aşıq sənətinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Onun yaradıcılığı milli mənlik şüurunun formalaşmasında və qorunmasında əvəzsiz rola malikdir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli vurğulayıb ki, Aşıq Ələsgərin yaradıcılığı, xalqımızın mənəvi dəyərlərini, ana dilinə olan sevgisini və milli təfəkkürünü dolğun şəkildə əks etdirir: “Onun şeirləri və dastanları xalqın ruhunu əks etdirərək tariximizə və yaddaşımıza silinməz izlər buraxıb. Nəticə etibarilə Aşıq Ələsgər kimi sənətkarların sənəti Azərbaycanın milli kimliyini və mədəni zənginliyini daha da gücləndirərək xalq yaddaşında əbədi yerini alıb”.

Ə.Ələkbərli xüsusilə qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamla Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması yalnız bir yubiley tədbiri deyil, həm də tarixi ədalətin bərpasında mühüm rol oynayan bir amildir: “Prezidentimizin imzaladığı ilk sənədlərdən biri Aşıq Ələsgərin yubileyi ilə bağlıdır. Bu, təsadüfi deyil. Biz bu gün Bakı şəhərində Aşıq Ələsgərin adını yaşadırıq. Bu, zamanında onun abidəsini dağıdanlara bir cavabdır. Biz dədə-baba torpaqlarımızda, Göyçə mahalında onun izini yaşatmaqla həm də milli kimliyimizi qoruyuruq”. O diqqətə çatdırıb ki, Aşıq Ələsgərin irsi təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda – tarixən Azərbaycan torpağı olmuş bölgələrdə də böyük ehtiramla qarşılanır: “Bu da göstərir ki, aşıq sənəti və xalq yaradıcılığı ümummilli dəyər kimi daim yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Aşıq Ələsgər irsi Azərbaycanın milli-mədəni gücünün təməl daşlarındandır”.

Tədbirdə Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı “Aşıq Ələsgər lirikasının ideya və məzmun xüsusiyyətləri”, dosent Qüdrət Umudov isə “Aşıq Ələsgər irsinin nəşri və tədqiqi tarixindən” mövzularında məruzələrlə çıxış ediblər.

Milli Məclisin deputatı Qaya Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, “Dədə Ələsgər” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxışlarında Aşıq Ələsgərin yalnız bir sənətkar deyil, milli ruhun və azərbaycançılıq düşüncəsinin canlı daşıyıcısı olduğunu xüsusi vurğulayıblar.

Tədbirin bədii hissəsində ADPU-nun hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr professor Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsini səsləndirib, milli rəqslər və Aşıq Ələsgərə həsr olunmuş poetik nümunələr nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri