Icma.az
close
up
RU
Aşıq Namiq: “Adam var, iki üç bayağı mahnı oxuyur, sonra da fəxri ad istəyir”

Aşıq Namiq: “Adam var, iki üç bayağı mahnı oxuyur, sonra da fəxri ad istəyir”

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Aşıq Namiq Fərhadoğlu aşıqlara Xalq artisti fəxri adının verilməməsinə münasibət bildirib.

Tribunainfo.az xəbər verir ki, O, Pravda.az-a açıqlamasında deyib ki, aşıqlara verilən Əməkdar mədəniyyət işçisi fəxri adı Əməkdar artist fəxri adı ilə eyni səviyyədədir.

“Əməkdar incəsənət xadimi fəxri adı da Xalq artisti adı ilə eyni dərəcədədir. Bu adı əvvəllər ustad aşıqlara verirdilər. İndiki dövrdə aşıqlar arasında Əməkdar incəsənət xadimi yoxdur. 30-40 il əvvəl var idi. Fəxri adların ləğvi barədə deyilənlər yalandır. Belə şey yoxdur, mən eşitməmişəm. Mədəniyyət naziri belə bir söz deməz. İnsan əziyyət çəkirsə, ona fəxri ad verilməlidir. Əməkdar artistə o qədər də yüksək qonorar verilmir. Sadəcə, cənab Prezident tərəfindən incəsənət nümayəndəsinə fəxri ad veriləndə insan daha da ruhlanır ki, əməyinə qiymət verilib. Elə sənətçilərimiz var ki, hərbi hissələrdə, qocalar evində, dövlət tədbirlərində konsert verirlər. Düşünürəm, sənəti yerindədirsə, xidmətləri varsa, belə sənətçilərə fəxri ad verilməlidir. Adam var, iki-üç bayağı mahnı oxuyur, sonra da fəxri ad istəyir. Aşıq, muğam sənəti zəngin, çətin sənətdir. Hər kəs öhdəsindən gələ bilmir. Vaxtilə butalı aşıqlarımız olub. Əsli və Kərəm, Qurbani, Abbas Tufarqanlı… Uzaq vilayətlərdə qalırdılar. Təyyarə yox idi, karvanla yol gedərdilər. Bədahətən şeir deyirdilər. Bu, bir istedaddır, hər adama verilmir. Həqiqətən, haqq aşıqlarımız olub. Bu gün elə aşıq var ki, 70 yaşındadır, hələ Əməkdar mədəniyyət işçisi deyil. Halbuki sovet dövründən xidmət etmiş aşıqlardır, amma fəxri adları yoxdur. Axı layiqdirlər, 70 yaşları var, bu ad onlara nə vaxt veriləcək?” – o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri