Icma.az
close
up
RU
Aşıq Şəmşirin 132 illiyi qeyd edildi

Aşıq Şəmşirin 132 illiyi qeyd edildi

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aşıq Şəmşirin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Gununsesi.info  xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Təşkilatçılığı ilə Natəvan zalında Dədə Şəmşirin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının Sədri Cavid Qurbanov, Xalq şairi Sabir Rüstəmxanlı, Professor Şahlar Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid,  Azərnəşrin baş redaktiru Əlövsət Ağalarov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şair, əməkdar jurnalist Adil Cəmil, Modern.az internet portalının rəhbəri, Əməkdar jurnalist  Elşad Eyvazlı, Dədə Ələsgər Ocağ İctimai Birliyinin sədri Xətai Ələsgər, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, BDU-nun dekanı Ələmdar Cabbarlı, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Dədə Şəmşir Ocağından ziyalı Bəhlul Qocayev, Professor İradə Köçərli, Əməkdar müəllim, şəhid atası Mirsəyyaf Zamanll, şair Əyyub Cabbarov, əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı, Folklor inistutunun aparıcı elmi işçisi Səbinə İsayeva, ziyalılardan Adil Şükürov, Mayıl Adilov, şair Adil Həmid, Vuqar İsayev, Dədə Şəmşirin nəvələri Kəmalə Əmrahova, Pərviz Qurbanov, Kəlbəcər rayon orta məktəblərinin direktorları: Esmira Hüseynova, Həqiqət Şükürova, Heyran Əlizadə, Şahnaz Cəfərova və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, tədbiri açıq elan edərək  Dədə Şəmşirin yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirdi ki, özündən sonra zəngin irs qoyub getmiş Dədə Şəmşirin yaradıcılığı sevilə-sevilə öyrənilməklə yanaşı, hazırda bu barədə bir-birindən maraqlı tədqiqat əsərləri yazılmaqdadır.

Tədbirin aparıcısı əməkdar jurnalist, şair Adil Cəmil Dədə Şəmşirin zəngin yaradıcılığı haqqında məlumat verərək qeyd etdi ki, Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin (Dədə Şəmşirin) anadan olmasında 132 il ötür. Dədə Şəmşirin qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Dədə Şəmşirin nəvəsi Cavid Qurbanov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq vurğulayıb  ki, Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdrik uzaqgörənlik və əzmkarlıq Milli Qurtuluşumuzun əsasını qoydu. Ulu öndər Heydər Əliyevin vəsiyyətlərini sədaqətlə həyata keçirən Prezident İlham Əliyev onun yarımçıq qoyduğu bütün işləri uğurla başa çatdırmışdır! Vətən müharibəsində və antiterror əməliyyatlarında otuzillik işğala qəhrəmanlıqla son qoymuş, ölkənin ərazi bütövlüyünü bərpa etmişdir. İndi isə Qarabağın və Şərqi Zəngəzurun bərpası və dirçəldilməsi prosesi sürətlə və uğurla davam etdirilir. Cavid Qurbanov həmçinin qeyd edib ki, Birinci vitse -prezident Mehriban xanım Əliyeva mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük təbliğatçısı və hamisidir. Məhz onun təşəbbüsü ilə bizim milli sərvətimiz olan  aşıq  sənəti UNESCO dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir”.

Xalq şairi Sabir Rüstəmxanlı,  Millət vəkili Jalə Əliyeva, Professor Şahlar Əsgərov, Azərnəşirin baş redaktoru Əlövsət Ağalarov, professor İradə Köçərli, filologiya üzrə fəlsəfə elmləri doktoru İlham Məmmədli, Dədə Ələsgər İctimai Ocağı Birliyinin sədri Xətai Ələsgər, Şair Əyyub Cabbarov, Əməkdar müəllim şair Mirsəyyaf Zamanlı, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, folklor İnsititunun əməkdaşı Səbinə İsayeva, Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı qeyd etdilər  ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şagirdi vardı. İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.  Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşirin klassik ifa tərzi, bənzərsiz səs tembri ona böyük şöhrət gətirdi. Aşıq şəmşir şair, bəstəkar, ifaçı idi. O, saz havasını sözə, sözü də havaya kökləyir, şeirin heç kimin görmədiyi, ruhu dilləndirən yeni mənalarını aşılayırdı. Aşıq Şəmşir həm də dərin istedada malik dastan söyləyən olmuşdur. Aşıq Şəmşir saz-söz sənətinə göstərdiyi xidmətlərə görə Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş və ustad aşıq “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən, Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncama əsasən, şair Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, Göygöl rayonundakı 7 illik Uşaq Musiqi məktəbinə, küçələrdən birinə Aşıq Şəmşirin adı verilmiş, həmçinin büstü ucaldılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2018-ci il tarixli Sərəncamı ilə Aşıq Şəmşirin 125 illiyi  geniş qeyd edilmişdir. Uzun illərdir Mədəniyyət Nazirliyi tərəfindən uğurla həyata keçirilən gənc aşıqların Aşıq Şəmşir adına respublika saz-söz müsabiqəsi və saz-söz festivalları sayəsində gənc istedadlar üzə çıxarılmışdır.Artıq Qarabağımız, Kəlbəcərimiz Dədə Şəmşirin uyuduğu Ağdaban kəndi azaddır! İnşallah  yaxın gələcəkdə Dədə Şəmşirin yurdunda Dədə Şəmşir adına Saz-Söz bayramları keçiriləcəkdir!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri