Icma.az
close
up
RU
Aşıq Yediyarın ən çox dəyər verdiyim cəhəti... Mübariz Əsgərov VİDEO

Aşıq Yediyarın ən çox dəyər verdiyim cəhəti... Mübariz Əsgərov VİDEO

Icma.az bildirir, Bakupost portalına istinadən.


Aşıq Yediyarın ölümü, sonu məni çox ağrıtdı... “QULP”lu xatirələrin başlanğıcı oldu. Onun aktyorluq qabiliyyətinə, səsinə söz ola bilməzdi. Mənim ən dəyər verdiyimsə, onun cəsarətli xarakteri idi. O məmur idi, Şuşa Teatrının direktoru idi. Buna baxmayaraq, kəskin mahnılar oxumaqdan imtina eləmirdi. Düzdür, qorxmağa bir səbəb də yox idi, oxuduğu mahnılarda Qarabağ ağrısı vardı. Elə haqq aşığı obrazını fikirləşəndə də umacağım bu idi. Şükürlər olsun bu günə, indi Azərbaycan bütövdür. Faciəli günlərimizin davamını yox, qürurlu günlər yaşıyırıq. Yaranandan üzü bu yana “QULP”un əsas qırmızı xətti-mövzusu da elə vətənpərvərlik idi.
“QULP”un qəhrəmanlarını, şükür Allaha, hamı əzbər bilir- Baba Pünhan, Aşıq Yediyar, Xanım nənə, Şirin Zərdablı, Teymur müəllim və s. Bunların hər birinin proqramda öz yeri, öz dəsti-xətti olub. Əsas odur ki, tamaşaçılar bu obrazların hamısını bəyənib…
1992-ci ildə Azərbaycan Televiziyasında “QULP” adlı proqram yayımlandı, bu teleməkanda yeni bir ənənənin başlanması, satirik-publisistik ənənənin yaranması idi. Quruluş dəyişirdi, amma düşüncə tərzi dəyişmirdi. Totalitar təfəkkür formasından azad fikrə keçid ləngiyirdi. 1992-ci ildən üzü bu yana - AzTV-dən ANS-ə keçsəm də, düz 20 il Azərbaycanın teleməkanında “QULP” adlı bir proqram yaşadı. Bunun alın yazısı olduğunu deyə bilmərəm, amma bu 20 ilin videoyazısı var...
O vaxt heç kim, elə mən özüm də, müdriklik və yaxud cürət eləyib bu proqramın 20 il davam edəcəyini söyləyə bilməzdim. Bu illər ərzində “QULP” siyasi çaxnaşmalardan və hakimiyyət dəyişikliyi burulğanından həmişə üzüağ çıxıb, çünki “QULP” siyasi tərəfi olmayan əsl vətəndaş proqramı olub. Bu müddət ərzində mən başımı aşağı salıb işləmişəm, amma heç kimin yanında başıaşağı olmamışam. Elədiklərim də göz qabağında. Mən nə qədər sərbəst idimsə, bir o qədər də məsuliyyətli idim. Bu keyfiyyətlərin biri olmasaydı, ən azı “QULP” 20 il yaşamazdı. “QULP”un tarixi bizim hamımızın tarixidir. Çünki biz bu illəri bir yerdə yaşamışıq.
“QULP”un heç vaxt nə dəbdəbəli studiyası, nə də təmtaraqlı dekorasiyası olub, amma bu kasıbyana proqramda vətəndaş mövqeyi olan hər kəsin öz fikrini azad söyləmək imkanı olub.
“QULP”un məqsədi hamını düşündürmək, ətrafımızda baş verən nöqsanları olduğu kimi göstərmək və respublikamızın daha da inkişaf etməsinə yardımçı olmaq idi. Bəxtiyar Vahabzadə, Musa Yaqub, Ramiz Rövşən... və qələminə və sənətinə hörmət bəslədiyim yüzlərlə insan bu proqramda həvəslə çıxış edib, baş verən hadisələrə öz vətəndaş mövqelərini bildirirdilər.
Satira insan düşüncəsinin dəyişməsinə, yeniləşməsinə xidmət edir. “QULP”un şüarlarından biri də belə idi: “Hər kəs özünə gülməyi baçarmalıdır, yoxsa ona başqaları güləcək”.
“QULP” 20 ildə bircə dəfə olsun belə, məhkəməyə düşmədi. Kiminsə şəxsi həyatına, ailə həyatına müdaxilə etmədi. Baxmayaraq ki, bəzi verilişlər müqəddəs saydığımız ailə institutunu dağıtmaqla məşğuldur. Son vaxtlar tənqidlə təhqirin, cəsarətlə həyasızlığın yeri dəyişib. Daha çox qışqıran - daha çox qalmaqal yaradan hamıdan cəsarətli olduğunu düşünür. Çox təəssüf ki, cəmiyyət bəzən belələrinə daha çox qiymət qoyur.
Mənim bir iş prinsipim var idi: “Teleproqram telekanala təkcə reytinq yox, həm də başucalığı gətirməlidir!” Bildiyimə görə, yaponlar evlərinin divarlarında incəsənət əsərləri asmırlar. Onların fikrincə, həmin əsərlər hər gün göz qabağında olanda adiləşir-ucuzlaşır. “QULP” 20 il efirdə oldu, nə qədər adiləşdiyini deyə bilmərəm, amma tamaşaçıların bu proqrama kifayət qədər vərdiş etdiyini, sevdiyini dəqiq bilirəm.
“QULP” Azərbaycan televiziya tarixində uzun illər satirik-publisistik ənənələr yaradan yeganə, həm də ən uzunömürlü telelayihə oldu. Bu, danılmaz faktdır.
Çoxları məndən soruşur: “QULP” niyə dayandı, davamı olacaqmı? Cavab verirəm. Mən indi son illərin faciəli və qürurlu hadisələrinin izləri və şahidləri yox olmamış onları yaddaşlara-tarixə köçürürəm - sənədli filmlər hazırlayıram. Bu mənim vətəndaşlıq borcumdur. “QULP”un davam edib-etməyəcəyini zaman göstərəcək...
Sadalamadığım məqamlar çoxdur. Sadəcə, vaxtınızı və başınızı çox aparmaq istəmirəm. Ürəyimdən keçən bir fakt qaldı. Onu demək yox, göstərmək istəyirəm... “QULP”un son buraxılışı... Vaxtınız, həvəsiniz olsa baxın.
Mübariz Əsgərov, Əməkdar jurnalist
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Noyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri