Bakıdan Nabrana gəmi ilə: 2026 cı ilin turizm planları açıqlandı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur.
Turizm ekspertləri hesab edirlər ki, bu layihə Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcək.
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, layihə regionun turizm xəritəsini dəyişəcək:
"Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan turizmini yeni mərhələyə daşıyacaq. Bakı şəhəri ilə yanaşı, Lənkəran, Neftçala və Nabran kimi ərazilər də liman şəhərlərinə çevriləcək. Bu, həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Layihə Azərbaycanı gəmi turları sahəsində ciddi şəkildə tanıdacaq".
Daha ətraflı ATV-nin videomaterialında:
Bakıdan Nabrana gəmi ilə: 2026-cı ilin turizm planları açıqlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 Dekabr 2025 02:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















