Asiya Kuboku təxirə salındı yeni tarix açıqlandı
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Asiya Futbol Konfederasiyası (AFC) 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Asiya Kubokunun tarixini dəyişdirib.
İdman.Biz xəbər verir ki, qurumun rəsmi açıqlamasına əsasən, turnir əvvəlcədən nəzərdə tutulduğu kimi 7 yanvar – 5 fevral tarixlərində deyil, 2027-ci il dekabrın 23-dən 2028-ci il yanvarın 21-dək təşkil olunacaq.
AFC qərarın regionda mövcud vəziyyət və baş verən hadisələrlə əlaqədar qəbul edildiyini bildirib. Qurumun açıqlamasında səfərlərin təşkili və logistika ilə bağlı yarana biləcək çətinliklərin də nəzərə alındığı vurğulanıb.
Bildirilib ki, turnirin əvvəlki tarixlərdə keçirilməsinə mane olan qeyri-adi şərait səbəbindən təxirəsalma qərarı verilib. Bu addımın iştirakçı komandaların, rəsmilərin, azarkeşlərin və digər tərəflərin maraqlarına xidmət etdiyi qeyd olunub.
Yeni tarixlər təsdiq üçün Beynəlxalq Futbol Federasiyasına (FIFA) təqdim ediləcək.
AFC Səudiyyə Ərəbistanı Futbol Federasiyasının və yerli təşkilat komitəsinin turnirin yüksək səviyyədə keçirilməsi istiqamətində fəaliyyətini də yüksək qiymətləndirib.
Qurum həmçinin iştirakçı milli assosiasiyalar, sponsorlar, yayım və kommersiya tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcəyini, təxirəsalmanın təsirlərini minimuma endirməyə çalışacağını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Noyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















