Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Asiya nəhəngi ilə strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa

Asiya nəhəngi ilə strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ötən il Astanada biz ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik. Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sinxua informasiya agentliyinə müsahibəsindən

Dünyanın qlobal güc mərkəzləri üçün Azərbaycanla siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlığın daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Rəsmi Pekinin həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutlarının qovuşağında yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırması da təsadüfi deyil. Bu əməkdaşlıq, sadəcə, iki ölkə arasındakı əlaqələri şaxələndirməklə məhdudlaşmayıb, eyni zamanda, regional və qlobal geosiyasi inteqrasiyanı gücləndirmək üçün mühüm amilə çevrilib.

Prezident İlham Əliyev Çinə dövlət səfərindən bir gün öncə Sinxua informasiya agentliyinə verdiyi müsahibədə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsi, beynəlxalq müstəvidə eyni mövqedən çıxış etməsi ilə bağlı məsələyə toxunub: “Astanada cənab Si Cinpinlə görüşümüzdə bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi, onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamına birgə töhfələr vermək əzmi ifadə olundu”.

Müsahibədə Azərbaycanın Qlobal Cənubun bir hissəsi kimi həmişə ortaq maraqları müdafiə etdiyini vurğulayan dövlətimizin başçısı diqqəti 2019–2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyimizə çəkdi: “Planetin əhalisinin 80 faizi, dünya ÜDM-in təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.

Tarixçilər bu qənaətdədirlər ki, Azərbaycanla Çin arasında münasibətlər min il əvvəl qədim İpək yolu vasitəsilə başlayıb. XXI əsrdə bu əlaqələri yeni inkişaf dinamikası səciyyələndirir. Xalqlarımız arasında tarixi və mədəni əlaqələrin təməli qədim dövrlərə gedib çıxsa da, son illər ikitərəfli münasibətlər daha da möhkəmlənib, müxtəlif sahələri əhatə edib.

* * *

Bu məqamda ötən əsrin 90-cı illərinə qayıdaraq qeyd etməliyik ki, Azərbaycan–Çin münasibətlərinin inkişafı Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra daha da sürətləndi. 1994-cü ildə Ulu öndərin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalandı. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə oldu. Bu səfərlər ikitərəfli əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından böyük əhəmiyyətə malik idi.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında reallaşan səfər zamanı “Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənədin qarşılıqlı əməkdaşlığa yeni impuls verdiyini deməliyik. Təkcə yerli ekspertlər deyil, kənar müşahidəçilər də qeyd edirlər ki, son illər Azərbaycanla Çin arasındakı əlaqələrdə xüsusi canlanma hiss olunur. 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammitində Prezident İlham Əliyev ilə Sədr Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlanıb, qarşılıqlı səfərlər davam edib.

Beynəlxalq gündəlikdə suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi prinsiplər önəmli məsələlərdir. Bakı və Pekin bu müstəvidə də oxşar mövqe sərgiləyirlər. Aydın məsələdir ki, belə yanaşma, iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsi qarşılıqlı etimadı artırır. Bu yanaşma həm Azərbaycanın, həm də Çinin uzunmüddətli xarici siyasət hədəflərini dəstəkləyən və qarşılıqlı faydalara əsaslanan strateji təməl rolunu oynayır. ÇXR Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarını dəfələrlə bəyan edib. Bu münasibətlər yalnız iqtisadi və siyasi deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.

* * *

3 iyul 2024-cü il tarixi iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni və fərqli müstəviyə keçməsi ilə yadda qaldı. Həmin gün “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Həqiqətən də, bu sənəd ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasını təmin edən vacib addım, tarixi hadisə kimi Azərbaycan–Çin münasibətlərində yeni səhifə açır. Məhz bu kontekstdən yanaşanda Prezident İlham Əliyevin Çinə budəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcəyi şübhəsizdir.

Dövlətimizin başçısı Çinin Sinxuaagentliyinə müsahibəsində bu barədə dedi: “Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan–Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, bu səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.

Artıq Azərbaycan–Çin əməkdaşlığının coğrafiyası çeşidli sahələri əhatə edir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi ötən il 2023-cü illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu o deməkdir ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycanla Çin arasındakı iqtisadi əlaqələrin genişlənməsi, həmçinin beynəlxalq təşkilatlarda da öz əksini tapıb. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması bu əlaqələri daha da gücləndirib. Bundan başqa, Şərq–Qərb və Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıq nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verib. Pekində Azərbaycanın ticarət evinin açılması isə bu əməkdaşlığın uğurlarını təzahür etdirir.

* * *

Rəsmi Bakı Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurları tətbiq etməklə iki ölkə arasında turizm və mədəni mübadiləni asanlaşdırıb. Bu cür təşəbbüslər ölkələrimiz arasında mədəni və sosial əlaqələrin dərinləşməsinə imkan verir. Mədəni əlaqələri ayrıca qeyd etmək istərdik. Azərbaycan ilə Çin arasında bu sahədə əlaqələr uzun illərdir möhkəm dostluq körpüsü üzərində qurulur. 1995-ci il aprelin 12-21-də Pekində Azərbaycanın tanınmış rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisinin təşkili iki ölkə arasında mədəni əməkdaşlığın başlanğıcı oldu.

2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ilin mayında isə Çində Azərbaycan Mədəniyyəti Günləri keçirildi. 2012-ci il dekabrın 10-14-də isə Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olundu. Azərbaycanda fəaliyyət göstərən iki Konfutsi İnstitutu və Çin dilinə artan maraq mədəni əlaqələrin güclənməsindən xəbər verir. Heydər Əliyev Fondunun Nizami Gəncəvinin büstünü Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə hədiyyə etməsi isə Azərbaycan mədəniyyətinin Çinlə əlaqələrdəki dəyərinin göstəricisidir. Bu cür fəaliyyətlər xalqlarımız arasında daha yaxın əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın güclənməsinə mühüm töhfə verir.

Bakı ilə Pekin arasında strateji tərəfdaşlığın qlobal əməkdaşlıq mərhələsinə qədəm qoyan münasibətlər yüksək səviyyədə sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi model sayıla bilər. Qədim İpək yoluna yeni nəfəs verməyi hədəfləyən bu əməkdaşlıq özündə hər iki dövlətin və xalqın uğurlu gələcəyinə işıq salacaq. Azərbaycan Prezidenti İlham Əliyevlə ÇXR Sədri Si Cinpinin Pekindən dünyaya verəcəkləri mesajlarda bu “yol xəritəsi”nin yeni konturlarının aydın görünəcəyinə əminik.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 01:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri