Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Strateji tərəfdaşlıqdan dərin əməkdaşlığa

Strateji tərəfdaşlıqdan dərin əməkdaşlığa

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə mətbuat qarşısında çıxış etdilər. Bu bəyanatlar təkcə iki ölkə arasındakı dostluğun və strateji tərəfdaşlığın gücləndiyini göstərmədi, həm də Azərbaycanın beynəlxalq siyasətdə yürütdüyü müstəqil və prinsipial mövqeyin bir daha nümayişi oldu. Ən önəmlisi isə hər iki ölkənin ortaq tarixi və oxşar çağırışları var.

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycan və Macarıstan arasındakı tarixi, coğrafi və sosial oxşarlıqları vurğuladı. Hər iki ölkənin əhalisinin sayı və ərazi baxımından yaxın olması, dənizə birbaşa çıxışının olmaması və müharibə riski ilə üz-üzə olması bu bənzərliklər sırasındadır. Cənab Prezident İlham Əliyev bəyanatında bildirdi ki, “Biz dost ölkələrik, strateji tərəfdaşıq... demək olar ki, eyni çağırışlarla üz-üzəyik.” Bu fikirlər göstərir ki, Azərbaycan və Macarıstan arasında qarşılıqlı anlayışa əsaslanan əlaqələr təkcə iqtisadi maraqlara deyil, ortaq təcrübələrə və dəyərlərə söykənir. Qarabağ məsələsi və beynəlxalq hüququn roluna diqqət çəkən cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin beynəlxalq hüquqa əsaslandığını vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazilərini işğaldan azad edib və 2023-cü ildə ölkənin tam suverenliyi təmin olunub: “Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq.” Cənab Prezident həmçinin Ermənistanla sülh müqaviləsi bağlanması üçün əsas şərtləri açıqladı. Bildirdi ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulması və artıq fəaliyyətsiz qalan ATƏT-in Minsk qrupunun ləğvi əsas məsələdir və bu həllini tapmalıdır. Bəyanatda enerji sahəsində geniş əməkdaşlıqdan da bəhs edilib. Azərbaycan son illər enerji sektorunda Avropa ölkələri, xüsusilə də Macarıstanla sıx əməkdaşlıq edir.Cənab Prezident İlham Əliyev bu əməkdaşlığı belə izah etdi: “Keçən ildən Macarıstana qaz ixracına başlamışıq... 12 ölkəyə qaz ixrac edirik, onlardan 10-u Avropa ölkəsidir.” Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanındığını sübut edir. Cənab Prezident İlham Əliyev həmçinin Azərbaycanın yaşıl enerji sahəsində də mühüm addımlar atdığını və növbəti beş ildə 6 min meqavat gücündə bərpa olunan enerji istehsalının planlaşdırıldığını bildirdi. Türk dövlətləri ilə birgə yol və Macarıstanın roluna gəldikdə cənab Prezident İlham Əliyev bəyanatında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin davam etdirilməsini də xüsusi qeyd etdi. Bu görüşlərin biri ötən il Şuşada, digəri isə bu il Macarıstanda keçirilir: “Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır. Bu bizi sevindirir.” Bu sözlər Azərbaycan və Macarıstan arasında yalnız iqtisadi deyil, həm də mədəni və ideoloji yaxınlığın olduğunu göstərir. Onu da demək yerinə düşər ki, Macarıstanın Avropa İttifaqında müstəqil siyasət aparması bir nümunədir. Cənab Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqı daxilində müstəqil siyasət yürütməsini yüksək qiymətləndirdi. O, Baş nazir Viktor Orbanın ölkəsinin milli maraqlarını hər şeydən üstün tutduğunu vurğuladı: “Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq böyük siyasi iradə və düşünülmüş yanaşma tələb edir.” Bu yanaşma Azərbaycan üçün də önəmlidir. Çünki Bakı da beynəlxalq münasibətlərdə suveren qərarları ilə seçilir və heç bir xarici təzyiq altında siyasətini dəyişmir. Demək olar ki artıq iki ölkə arasında münasibətlər dostluqdan strateji əməkdaşlığa doğru uğurlu bir yola çevrilib. Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycan-Macarıstan münasibətlərinin sadəcə dostluq deyil, çoxşaxəli strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Qarabağdan enerji siyasətinə, mədəni bağlardan Avropa ilə münasibətlərə qədər uzanan bu çıxış, Azərbaycanın öz mövqeyini necə düşünülmüş və prinsipial şəkildə qurduğunu nümayiş etdirdi. Bu çıxış eyni zamanda sübut edir ki, Azərbaycan qlobal və regional siyasətdə artıq izləyici yox, təşəbbüskar və etibarlı tərəfdaş rolundadır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri