Icma.az
close
up
RU
Asiya nəhənginin Azərbaycanda “yaşıl sərmayə” planları

Asiya nəhənginin Azərbaycanda “yaşıl sərmayə” planları

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin şirkətlərinin ölkəmizdə rəqəmsal və “yaşıl layihələr”də iştirakına dair yeni sazişlər imzalanıb

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri ölkəmiz üçün olduqca uğurlu razılaşmalar və mühüm sənədlərin imzalanması ilə yadda qalıb. Azərbaycan və Çin arasında imzalanmış sənədlər sırasında bərpaolunan enerji sahəsində əməkdaşlıq anlaşmaları mühüm yer tutur. Azərbaycanın Energetika Nazirliyinin iştirakı ilə Çin və Azərbaycan şirkətləri arasında imzalanmış sənədlər “yaşıl enerji” mənbələrinin istehsalı, emalı və ötürülməsini, bu sahədə güc infrastrukturlarının qurulmasını, dayanıqlı potensialın şaxələndirilməsini nəzərdə tutur.

İki ölkənin energetika strukturlarının imza atdığı İnvestisiya Müqaviləsinə əsasən, Bakı ətrafında 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası layihəsində yer alacaq Çin şirkətləri bu ərazidə “yaşıl texnologiyaları”n qurulması və enerji tədarükünü təmin edəcək. Layihənin növbəti mərhələsində şirkətlə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.

Dənizdə 2 QVt gücündə külək elektrik stansiyasının inşası

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında əldə edilmiş razılıq isə Xəzər dənizində külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icranı nəzərdə tutur. Müqaviləyə əsasən, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək. Bu çərçivədə mərhələli əsasda minimum 2 QVt gücündə dənizdə külək elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur.

Çinin “ağıllı texnologiyalar” üzrə tanınmış korporosiyalarından biri olan “China Energy International Group Co.,Ltd.” hazırda dünyanın bir çox ölkəsində bərpaolunan enerji güclərinin inteqrasiyası, külək enerjisi layihələrinin icrası, enerji avadanlıqlarının istehsalının təşkilində aparıcı yer tutur.

Qeyd edək ki, “China Energy” Dövlət Neft Şirkəti ilə bir neçə ildir ki, sıx əməkdaşlıq edir. Ötən il Bakıda səfərdə olan şirkətin nümayəndə heyəti quruda və dənizdə külək enerjisi ilə bağlı potensialları qiymətləndirərək istehsal komplekslərinə qoşulmağa qərar verib, 2024-cü ilin iyun ayında isə SOCAR-la Əməkdaşlıq Sazişi imzalanıb. Sənədə əsasən, “yaşıl hidrogen” daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində birgə işlər həyata keçiriləcək. Ötən gün imzalanan saziş isə şirkətin Xəzərdə Azərbaycana aid sektorda sərmayə cığırı açması üçün əsaslı hüquqi zəmin yaratmaqla, “yaşıl enerji”nin istehsal zəncirinin qurulmasına və  enerji dəhlizlərinin inkişafına mühüm töhfə verəcək.

160 MVt gücündə Günəş Elektrik Stansiyası

Çinin digər sənaye nəhənglərindən biri olan “PowerChina Resources Limited” şirkəti ilə də Azərbaycan arasında indiyə qədər faydalı tərəfdaşlıq qurulub və birgə məsləhətləşmələr aparılıb. Bu transmilli şirkət rəqəmsal və yaşıl avadanlıqlarının təchizatı, quraşdırılması, təkmilləşdirilməsi, müxtəlif növ müasir texnoloji həllərin tətbiqi sahəsində ixtisaslaşıb. Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış Anlaşma sənədi bu səmərəli əməkdaşlığın uğuru hesab oluna bilər. Sənədə əsasən, ölkəmizdə 160 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsi icra olunacaq. Layihə, həmçinin gələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir. 2028-ci ildə istismara verilməsi planlaşdırılan stansiyada illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.

“Yaşıl mühəndislik” institutunun yaradılması

Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu ilə Energetika Nazirliyi arasında imzalanan “Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” da mühüm əhəmiyyət kəsb edir. Bu razılaşma “yaşıl enerji” sektorlarında əhatəli qiymətləndirmə işlərinin aparılmasını nəzərdə tutur. Adıçəkilən institut Asiya və Avropanın bir çox regionlarında texnologiya şirkətlərinə məsləhətlər verir. Elektrik enerjisinin planlaşdırılması və mühəndislik institutunun yaradılması sahəsində bu şirkətin təcrübəsi böyükdür və bu baxımdan Anlaşma Memorandumu təcrübə mübadiləsinin aparılmasında mühüm əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə imzalanmış Azərbaycan-Çin sənədlərinin tərkibində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu” da imzalanıb ki, sənəd “yaşıl sektor”da çoxistiqamətli tədbirlərdə birgə iştirakçılığı nəzərdə tutur.

“Xəzər-Qara dəniz-Avropa” kabelinin çəkilişinə dəstək

Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış digər bir saziş isə Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən Günəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsini əks etdirir. Həmçinin, “SOCAR Green” ilə “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır. Hər iki saziş olduqca əhatəli və yeni enerji sənayeləşməsinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, “China Datang Corporation Limited” şirkətinin rəhbəri də ötən il Azərbaycanda olub və Energetika Nazirliyində görüşdə rəqəmsal texnologilara sahəsində əlaqələrin inkişaf etdirilməsinə toxunub. Bu şirkət qlobal bazarlarda rəqəmsal texnologiaylar üzrə liderlərdən biri kimi fiberoptik yaşıl kanalların çəkilişində əsas təchizatçılardan hesab olunur. Bu baxımdan Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan “Xəzər-Qara dəniz-Avropa” yaşıl kabelinin çəkilişində Çinin adıçəkilən şirkəti investor və texnologiya təminatçısı kimi fəal rol oynaya bilər.

Çin şirkətləri azad ərazilərdə

Çin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinə də marağı böyükdür. Həmin bölgədə “yaşıl güclərin” potensialının yüksək olması nəzərə alınaraq Çin investorlarının yaşıl layihələrdə təmsil olunması gözlənilir. Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun əməkdaşı Kanq Je bildirib ki, bir müddət əvvəl Şuşada və digər ərazilərdə səfərdə olarkən bu bölgədəki bərpaolunan mənbələri, ələlxüsus da çoxsaylı su elektrik stansiyalarının imkanlarını müşahidə edib. Bu, onda böyük maraq oyadıb və Çin sərmayəçilərinin bu sahəyə gəlişi üçün instututun təşviqedici imkanlarından istifadə etmək niyyətindədir. Eyni zamanda, rəqəmsallaşma və “yaşıl tikinti” layihələrinin həyata keçirilməsində geniş təcrübəyə malik Çin şirkətlərinin bu bölgəyə axını üçün təşəbbüslər göstərəcəyini xatırladıb.

Həmçinin, Çin şirkətləri işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsinə, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında da iştirak etmək imkanlarını artırmaq niyyətindədir. Zəngilan və Ağdamda inaş edilən infrastrukturlarda Çin texnologiyalarından geniş istifadə edilir və yaradılmış əlverişli şərait çinli iş adamlarını burada günəş elektrik stansiyası və digər infrastruktur obyektlərini icra etməyə həvəsləndirir. Bu isə prosesə cəlb olunmuş Çin şirkətlərinin Qarabağın investisiya quruculuğunda iştirakının genişlənməsindən xəbər verir.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri