Asiyada 3,95 milyard il yaşı olan qədim süxurlar aşkarlanıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Çin geoloqları 3,95 milyard il yaşı olan və Asiyada indiyədək aşkar edilmiş ən qədim süxurları müəyyən ediblər. Kəşf Yer kürəsinin erkən geoloji təkamülünün öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC “Sinxua” informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Geologiya Elmləri Akademiyasının rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aşkar edilən süxurlar ölkənin Hebey əyalətinin şərq hissəsində tapılıb.
Tədqiqatın nəticələri 3,95 milyard il əvvəl Yer kürəsində subduksiya ilə əlaqəli tektonik proseslərin mövcud olduğunu göstərir.
Qeyd edək ki, bundan əvvəl dünyanın ən qədim məlum süxurları Kanadada aşkar edilmiş, onların yaşının təxminən 4 milyard il olduğu müəyyənləşdirilmişdi.
Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
Baxış sayı:64
Bu xəbər 20 Noyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















