Icma.az
close
up
RU
Asiyada yeni müharibə ocağı: Nüvə dövlətləri qarşı qarşıya

Asiyada yeni müharibə ocağı: Nüvə dövlətləri qarşı qarşıya

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistanla Pakistan arasında gərginlik pik həddə çatıb. Dünyanın iki nüvə dövlət arasında potensial toqquşma narahatlığa səbəb olub.

Gərginliyin yeni mərhələsi aprelin 22-də Cammu və Kəşmir bölgəsində baş vermiş terror aktından sonra başlayıb. Silahlı şəxslərin turistlərə hücumu nəticəsində təxminən otuz nəfər həyatını itirib. Hindistan hakimiyyəti bu hücumda Pakistanın xüsusi xidmət orqanlarını ittiham edir. İslamabad isə bu iddiaları rədd edir və məsuliyyəti silahlı qrupların üzərinə atır.

Bu hadisə Hindistan və Pakistan arasında gərginliyin daha da artmasına səbəb olub. Hər iki ölkə iki mühüm sazişi - Hind çayı suları ilə bağlı müqaviləni və Simla sazişini dayandırdıqlarını elan edib. Bu sənədlər uzun illərdir iki nüvə silahlı qonşu arasında münasibətləri tənzimləyirdi.

Ötən gün isə Hindistan Ordusu Pakistan tərəfinin sərhəddə atəş açdığını iddia edib. Rəsmi məlumata görə, aprelin 24-ü axşam saatlarında Hindistanın blokpostlarına atəş açılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, Hindistan tərəfi buna "effektiv cavab" verdiyini bildirib.

Modern.az bildirir ki, dünya mətbuatı gərginliyi ciddi dəyərləndirib.

CNN xatırladır ki, Kəşmir bölgəsi 1947-ci ildən – Britaniya Hindistanının bölünməsindən bəri münaqişə ocağıdır. Hindistan və Pakistan fərqli dini əhalisi olan dövlətlər olaraq, bütün Kəşmir üzərində iddia irəli sürürlər. İki ölkə bu səbəbdən üç dəfə müharibə aparıb. Kəşmir bu gün də dünyanın ən çox hərbiləşdirilmiş bölgələrindən biri sayılır. Burada fəaliyyət göstərən silahlı qrupların bir hissəsi müstəqillik, bir qismi isə Pakistanla birləşmə tələb edir.

Son ciddi eskalasiya 2019-cu ildə baş verib. Həmin il terror hücumu nəticəsində 40-dan çox hindistanlı təhlükəsizlik əməkdaşı həlak olub, ardınca Hindistan Pakistan ərazisinə hava zərbəsi endirmişdi. Bu, 1971-ci ildən bəri ilk belə hadisə idi. Analitiklər hesab edirlər ki, son terror aktı Hindistanın Baş naziri Narendra Modinin yaratmağa çalışdığı "sabitlik illüziyasını" dağıdıb.

"The New York Times" isə qeyd edir ki, hazırda dayandırılmış Hind çayı suları haqqında müqavilə 1960-cı ildə imzalanıb və iki ölkə arasında su ehtiyatlarının bölüşdürülməsini tənzimləyirdi. Hindistan üç şərq çayını, Pakistan isə üç qərb çayını idarə edir. Lakin qərb çaylarının bir hissəsi Hindistan ərazisindən keçir. Yeni qərara görə, Hindistanın su axınını məhdudlaşdırması Pakistanda kənd təsərrüfatına ciddi zərbə vuracaq və 35%-lik su çatışmazlığı proqnozlaşdırılır. Həmçinin Hindistanın xəbərdarlıq etmədən su buraxması fəlakətli daşqınlara səbəb ola bilər.

"The Guardian" isə bildirir ki, Pakistanın ən sərt reaksiyası məhz su müqaviləsinin dayandırılmasına olub. Cavab olaraq, İslamabad Simla sazişini də dayandırdığını elan edib. Bu sənəd 1972-ci ildə imzalanmış və tərəflərin bir-birinin suverenliyini tanıması, zorakılıqdan çəkinməsi və problemlərin dinc yolla həllinə dair razılıq əldə etməsi üçün əsas baza rolunu oynayırdı.

"The Times of India" xəbərdarlıq edir ki, Simla sazişinin dayandırılması vəziyyəti daha da qəlizləşdirə bilər. Sazişin əsas prinsiplərindən biri olan "münaqişələrin yalnız ikitərəfli əsasda həlli" artıq pozulub. Pakistan artıq Birləşmiş Millətlər Təşkilatı, Çin və İslam Əməkdaşlıq Təşkilatını münaqişəyə cəlb etməyə çağırır. Analitiklər xəbərdarlıq edirlər ki, "nəzarət xətti"nin toxunulmaz statusu aradan qalxarsa, Kəşmir yenidən genişmiqyaslı müharibənin mərkəzinə çevrilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see147

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see135

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see124

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see123

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri