Icma.az
close
up
RU
“Aşk ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

“Aşk ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycanda xınayaxdı məclisləri yeni adət deyil. Əksinə, xına gecəsi xalqımızın toy ənənəsinin ən qədim və duyğulu mərasimlərindən bir hissəsi olub: qız övladının ata ocağında keçirdiyi son gecənin bir az kədərli, bir az da şadyanalıqla qeyd olunmasıdır. Amma bir vaxtlar xınayaxdının nə böyük şadlıq saraylarına, nə xüsusi dekorasiyalara, nə də ayrıca xidmət sektoruna ehtiyacı vardı. Bu məclis, adətən, ev şəraitində keçirilir, qohum-qonşu qadınlar bir araya gəlir, gəlin köçəcək qızın əllərinə xına yaxır, necə deyərlər, bir gözü ağlar, bir gözü gülər gənc qızı yeni həyata uğurlayardılar.
Bəs necə oldu ki, bu kiçik və səmimi məclis bu gün nəhəng toy biznesinin ayrılmaz hissəsinə çevrildi?
Burada maraqlı bir dönüş nöqtəsi var. 2008-ci ildə Türkiyədə  yayımlanan məşhur “Aşk-ı Memnu” serialını çoxları başqa səhnələrlə xatırlayır. Ustad yazar Halit Ziya Uşaklıgilin eyniadlı romanının müasir həyata uyğunlaşdırılmış ikinci ekran versiyası olan serial Türkiyədə də, Azərbaycanda da geniş müzakirələrə səbəb olmuşdu. Serialın türk toplumunun əxlaqına zidd olması ayrı mövzudur, bizim toxunacağımız isə ayrı məsələdir:
Serialın sonlarına yaxın Adnan bəyin qızı Nihalın Behlüllə toyundan əvvəl xına mərasimi keçirilir. Əvvəlcə ənənəvi xınayaxdının tanış elementləri təqdim olunur. Lakin mərasim bununla bitmir. Xına gecəsi tədricən musiqili, rəngarəng, bol rəqsli, dəbdəbəli bir şouya çevrilir.
Türkiyədə özündə də ənənəvi xına gecəsi adətən ortaya oturdulmuş gəlinin başında qırmızı örtük, ətrafına dövrə vuran qadınların "Yüksek yüksek tepelere..." kimi kövrək mahnı səsləndirilməsi ilə keçirilirdi. Lakin “Aşk-ı Memnu” xınanın şou modelini yaratdı. Ardınca da bizim yerli tanışlıq verilişimizdə (“Toy olsun”) bol hədiyyələrlə, müğənnilərlə özünə yer tapdı.
Ekran məclisindən real biznesə
Ən əsası isə bazar bunu çox tez anladı. Gənc qızların belə bir məclisi sevəcəyini göydəcə qamarlayan toy industriyası bu ideyanı sürətlə kommersiyalaşdırdı. İşin içinə aparıcılar, rəqqasələr, “haxışta”lı şairələr, müxtəlif səhnə elementləri, xonçalar da daxil oldu. Ardınca isə başqa bir məşhur ekran işi olan “Muhteşem yüzyıl”da Hürrəm Sultanın geyimləri, taclar, taxtlar xına gecələrinin yeni atributlarına çevrildi və beləcə zəncirvari biznesə çevrildi.
 

İlk baxışdan burada pis heç nə yoxdur. Xınayaxdı öz ətrafında ayrıca iqtisadiyyat yaradıb, nə qədər adam qazanc götürür. Yeni xidmət sahəsinin yaranması yeni iş yerləri deməkdir. Problem bu ənənənin yavaş-yavaş sosial məcburiyyətə çevrilməsindədir. Azərbaycanda toy biznesinin ən güclü elementi var: müqayisə! İmkanlı ailə dəbdəbəli məclis təşkil edir. Bunu görən kasıb qohum, qonşu, dost övladının sevincini, el-aləmin məmnunluğunu qazanmaq üçün bir gecəlik mərasimə görə kredit götürür, borca girir.


Xınayaxdının keçirilməsinə heç kim qarşı deyil, ənənəni yaşatmaq lazımdır, amma onu istehlak yarışına çevirməklə, xoşbəxtlik arasında uçurum yaratmaq başqa şeydir. Elçilik, yeni pul tələsi olan “həri” məclisi, xına və s. bitmək bilməyən məclislər onu keçirənə əlavə problem yaratmamalıdır. Xoş xatirələr, gözəl əyləncə və maraqlı şəkillər üçün bir neçə masa, sadə süfrə, bəzən isə bir qədəh belə bəs edir.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Sentyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri