ASLAN BAŞI: Avcılar bölgəsində arxeoloji tapıntı həyəcan doğurdu
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
İstanbulun Avcılar bölgəsində Küçükçekməcə gölü sahilində yerləşən qədim Bathonea liman şəhərində aparılan qazıntılar zamanı zeytun yağı və şərab istehsalı emalatxanası aşkarlanıb.

Sherg.az xəbər verir ki, qazıntı rəhbəri professor Şəngül Aydıngün bildirib ki, son iki ildə çox maraqlı tapıntılarla qarşılaşırlar:
“Keçən il emalatxananın bir hissəsini tapmışdıq, bu il isə onun böyük kompleksini müəyyən etdik.”
Tapıntılar arasında aslan başı fiqurlu daş, fermentasiya hovuzları, saxlama qabları və amforalar yer alır. Alimə görə, bu ərazi qədim dövrlərdə şərab və zeytun yağı istehsalının mühüm mərkəzlərindən biri olub.

Aydıngün qeyd edib ki, şərab qədimdə tanrıların, kralların və zadəganların içkisi hesab olunurdu, lakin zamanla xalq arasında da yayılıb və min illərdir insan mədəniyyətinin bir hissəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 16 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















