Icma.az
close
up
RU
BAŞI DƏRDDƏ OLAN İRAN

BAŞI DƏRDDƏ OLAN İRAN

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

İranın başı yenə dərddədir. ABŞ - İsrail cütlüyü molla rejimini əməlli-basil divara dirəyib. Dəlisov, ipə-sapa yatmaz Trampın İran yönətimi qarşısında qoyduğu tələblər, teokratları əvvəlki yersiz iddialardan, başından böyük hərəkətlərdən geri durmağa, yeni dünya nizamına uyğun düzgün qərarlar verməyə məcbur edir. Şərtlər olduqca ağır, vaxtsa dardır...

İran ona ayrılan iki aylıq qısa zaman kəsimində hərbi nüvə proqramından geri çəkilməli, raket və pilotsuz uçuş aparatlarının istehsalını durdurmalı, himayə etdiyi proksi qüvvələrə maliyyə dəstəyini, hər cür yardımı dayandırmalıdır. Tramp bu tələbləri yerinə yetirmədiyi halda İranın hərbi zərbələrə məruz qalacağını bəyan edib. Bu təhdidlərin İran daxilində narazılıqların artdığı, milli-etnik qarşıdurmaların qızışdığı, əhalinin sosial vəziyyətinin ağırlaşdığı, inflyasiyanın baş alıb getdiyi, milli valyutanın dəyərinin itdiyi bir zamanla üst-üstə düşməsi məsələnin nə dərəcədə ciddi olmasından, baş verəcək təlatümlərdən, İranın hansı fəlakətlərlə üz-üzə qala biləcəyindən xəbər verir.

İran rəhbərliyi onillərdir davam edən və getdikcə daha kəskin xarakter alan sanksiyalardan can qurtarmaq üçün bəlkə də hərbi nüvə proqramından müvəqqəti olsa da geri çəkilmək tələbi ilə razılaşardı. Ancaq raket və pilotsuz uçuş aparatlarının istehsalının dayandırılması ölkənin hərbi gücünü heçə endirdyi kimi, proksi qüvvələrə maliyyə yardımının dayandırılması şərti də da onun Yəmənə, Livana, İraqa uzanan əl-qolunun kəsilməsi və bölgəsəl nüfuzunun sıfırlanması anlamına gələcək ki, bu da molla rejiminin çöküşünü sürətləndirəcək.

İndi İranın təkcə hərbi nüvə obyektləri, hərbi hava qüvvələri deyil, bunkerlərdə gizlənən rəhbər heyəti də İsrail kəşfiyyatının hədəfidir. Həmas lideri İ.Haniyənin İranın ən güvənli yerində məhv edilməsi, Beyrutda “Hizbullah” lideri Həsən Nəsrullanın öldürülməsi, sabiq İran Prezidenti İ.Rəisinin müəmmalı vertolyot qəzasına uğraması İranın ABŞ və İsrail birliyi qarşısında nə qədər aciz durmda olduğunu təsdiq edir.

ABŞ-nin İranın nüvə obyektlərini vurub-vurmayacağını əlahəzrət zaman göstərəcək, lakin İran dəyişən, həm də sürətlə dəyişən, beynəlxalq hüququn artıq əvvəlki qaydada keçərli olmadığı dünyada öz yerini dəqiq müəyyənləşdirməli, qaydasız döyüşlərə hazır olmalıdır. “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi molla qafalı şüarlar real siyasətlə uyğunlaşan, ölkənin mövcudluğunu qlobal təhlükələrdən qoruyan paradiqmalarla əvəzlənməlidir.

Nə ABŞ, nə də İsrail süddən çıxan ağ qaşıq deyil və bu dövlətlər beynəlxalq məsələlərin həllində daha çox düc siyasətinə üstünlük verir. ABŞ o böyük gücdür ki, yeri gələndə öz çıxarları naminə eyni köynəkdən çıxdığı qoca Avropanı Putin Rusiyası ilə üz-üzə qoyub, onu özündən asılı vəziyyətə salmaqdan çəkinmir, birgə təmsil olunduğu hərbi-siyasi platformanı dəyişir.

İran anlamalıdır ki, Kanadanı, Meksikanı, Panamanı, Qrenlandiyanı özünün protektoratı kimi görmək istəyən Tramp, ona və əbədi müttəfiqi olan İsrailə ölüm şüarları səsləndirən İranın nüvə dövləti olmasına heç cürə imkan verməz. İran yaxın çevrəsi, türk-müsəlman dövlətləri üçün hansı dağıdıcı, təfriqə törədici gücə maliksə, ABŞ - İsrail cütlüyü də ondan artıq İranı dağıtmaq gücünə malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see684

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see386

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see240

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see218

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see194

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see189

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see187

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see185

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see184

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see184

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see182

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see177

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see176

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see174

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see173

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri