Türkiyədə maraqlı arxeoloji tapıntı: Santa Klausun məzarı ola bilər
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyədə "Santa Klaus"un məzarı olması ehtimal edilən sərdabə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiyə Today" məlumat yayıb.
Arxeoloqlar Antalyada Müqəddəs Nikolay kilsəsində qazıntılar zamanı sarkofaq tapıblar. Ehtimal edilir ki, burada müasir "Santa Klaus"un prototipi olan Müqəddəs Nikolayın özünün qalıqları basdırılıb.
Hatay Mustafa Kamal Universitetindən dosent Ebru Fatma Fındık bildirib ki, "Ən böyük ümidimiz sarkofaqın üzərində kitabə tapmaqdır. Bu, sərdabənin məzmununu aydınlaşdırmağa və onun hansı dövrə aid olduğunu dəqiq müəyyən etməyə imkan verərdi".
Məlumata görə, kilsədə qazıntılar 1989-cu ildən bəri davam edir.





Türkiyədə maraqlı arxeoloji tapıntı: Santa Klausun məzarı ola bilər
08 Dekabr 2024 22:40
Türkiyədə arxeoloji tapıntı: Santa Klausun məzarıdır? FOTO
01 Yanvar 2025 13:05
Türkiyədə Santa Klausun məzarı tapılıb? FOTO
01 Yanvar 2025 13:17
İlk Santa Klausun məzarı tapılıb
06 Dekabr 2024 17:46

