Türkiyədə arxeoloji tapıntı: Santa Klausun məzarıdır? FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə "Santa Klaus"un məzarı olması ehtimal edilən sərdabə aşkarlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Türkiyə Today" məlumat yayıb.
Arxeoloqlar Antalyada Müqəddəs Nikolay kilsəsində qazıntılar zamanı sarkofaq tapıblar. Ehtimal edilir ki, burada müasir "Santa Klaus"un prototipi olan Müqəddəs Nikolayın özünün qalıqları basdırılıb.
Hatay Mustafa Kamal Universitetindən dosent Ebru Fatma Fındık bildirib ki, "Ən böyük ümidimiz sarkofaqın üzərində kitabə tapmaqdır. Bu, sərdabənin məzmununu aydınlaşdırmağa və onun hansı dövrə aid olduğunu dəqiq müəyyən etməyə imkan verərdi".
Məlumata görə, kilsədə qazıntılar 1989-cu ildən bəri davam edir.
Milli.Az
Baxış sayı:131
Bu xəbər 01 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















