Icma.az
close
up
RU
Aslan İsmayılovdan nazirə güllə kimi sözlər SİZ BU SAHƏYƏ RƏHBƏRLİK EDƏNDƏN...

Aslan İsmayılovdan nazirə güllə kimi sözlər SİZ BU SAHƏYƏ RƏHBƏRLİK EDƏNDƏN...

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış vəkil Aslan İsmayılov İqtisadiyyat naziri, Tarif Şurasının sədri Mikayil Cabbarova məktub yazıb.
Gununsesi.info bildirir ki, Aslan İsmayılov nazirə ünvanladığı məktubunda ölkənin iqtisadi göstəricilərinin aşağı düşməsinə görə narahatlığını bildirib.

Həmin məktubu təqdim edirik:

Sizin İçərişəhər Qoruğuna rəhbər, daha sonra isə Təhsil naziri təyin ediləndə ən böyük dəstəkçilərinizdən biri olmuşam. Yəqin ki, oxucular da dəfələrlə Sizin müdafiənizə yazdığım məqalələrin şahididirlər. Xüsusilə, Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Sizə qarşı yönəlmiş addımları ən sərt şəkildə tənqid də etmişəm. Təhsil naziri təyin olunduqdan sonra korrupsiya mənbəyi olan rayon təhsil idarələrini ləğv etmənizi dəstəkləmişdim və buna görə qarşı tərəf məni ictimaiyyətə Sizin komandanın üzvü kimi təqdim edərək haqqımda söyüş kampaniyasına başlamışdı. Bunu çoxları unutmamışdır. Bunları ona görə yazıram ki, son vaxtlar Sizin başçılıq etdiyiniz iqtisadiyyat blokunu ardıcıl tənqid etməyimi qərəz kimi qəbul etməyəsiniz. Mən əminəm ki, bu sahənin bərbad vəziyyətdə olması yaxın vaxtlarda çoxlarının nəzərinə çarpacaq. Əvvəllər bütün iqtisadi göstəricilərə görə Cənubi Qafqazda lider ölkə idiksə, Siz bu sahəyə rəhbərlik etməyə başlayandan sonra artıq sonuncu yerlərdə qərarlaşmışıq. Ən azından bu gün əhali sayına görə ÜDM göstəricilərinə baxmaq kifayətdir.

Hörmətli Mikayıl müəllim,

Sizi bilmirəm, ancaq mənə gün ərzində çoxlu insanlar ağır maddi durumları ilə bağlı müraciət edirlər. Həmin müraciətlərdən birini olduğu kimi Sizə ünvanlayıram: “Yoldaşım qızımı səhər dərsə aparır – 60 qəpik, özü evə qayıdır – 60 qəpik, günorta oğlumu aparır – 60 qəpik, qızımı evə gətirir – 60 qəpik, axşam özü gedib oğlumu götürməyə – 60 qəpik, birlikdə evə qayıdırlar – 60 qəpik. Yoldaşım Koroğlu metrosuna avtobusla gəlir – 60 qəpik, metro ilə Sahilə gedir – 60 qəpik. Axşam Sahildən Koroğluya qayıdır – 60 qəpik, Koroğludan evə avtobus – 60 qəpik. Özüm səhər avtobusla Koroğluya gəlirəm – 60 qəpik, Koroğludan metro ilə Sahilə gəlirəm – 60 qəpik, Sahildən Bayıla avtobusla gedirəm – 70 qəpik. Axşam Bayıldan Sahilə avtobusla – 70 qəpik, Sahildən Koroğluya metro ilə – 60 qəpik, Koroğludan evə avtobusla – 60 qəpik”.

Uşaqlar beş gün məktəbə, ər-arvad isə altı gün işə gedib-gəlirlər. Təxmini hesablamaya görə bu, bir aya 233 manat edir. Bayılda, Bakının Yaşıllaşdırma İdarəsində çalışan fəhlənin aylıq təmiz maaşı 450 manatdır. Ramanada işləyən tibb bacısının maaşı isə 430 manatdır. Ümumi aylıq maaşları 880 manat olan bir ailənin təkcə nəqliyyat xərcləri 233 manat təşkil edir. Bu ailənin Yeni Suraxanıda öz evi var. Bununla belə, vicdanla çalışan bir ailə 647 manatla iki uşağını böyütməlidir. Bundan sonrasını özünüz hesablayın: bu ailənin üzvlərinin və uşaqlarının ən minimal geyimləri olmalıdır, qidalanmalıdırlar, məktəb ləvazimatları almalıdırlar. Mən hələ vaxtilə rəhbərlik etdiyiniz təhsil sahəsinin keyfiyyətinə görə uşaqların hazırlıq kurslarına getmələrini və digər minimal xərcləri demirəm. Qalanını özünüz hesablayın və vətəndaşların vəziyyətini təsəvvür edin.

Hörmətli Mikayıl müəllim,

Məsuliyyət dairənizin həddindən böyük olduğunu bilirəm. Bununla belə, xahiş edirəm, hesablamalardan başqa, özünüz olmasa da, bir məsul işçinizi bir gün ictimai nəqliyyatda hərəkət etdirin və o, insanların əhval-ruhiyyəsinə diqqət yetirib Sizə çatdırsın. Əminəm ki, gördükləri bir çox məsələlərə yenidən baxmağınıza səbəb olacaq.

Bunu Sizə yazmaqda məqsədim odur ki, ölkəmizin ətrafında yaranmış gərgin vəziyyət fonunda bizə qarşı ola biləcək təxribatların qarşısını almaq üçün daxildəki problemlərin də nəzərə alınmasını istəyirəm.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri