Icma.az
close
up
RU
Aslan İsmayılovdan Misir Mərdanova çağırış: “O görüşün gizlinlərini açıqlayın”

Aslan İsmayılovdan Misir Mərdanova çağırış: “O görüşün gizlinlərini açıqlayın”

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ramiz Mehdiyev və onun bandasına olan yanaşmada bu günlər məni dəhşətə gətirən bəzi halları görəndən sonra yazılarımda dəyişikliklər etmək qərarına gəldim. Ona görə ki, vaxtilə R.Mehdiyevə görə üzümə duranlar, məhkəmələrə verənlər və buna görə vəzifə, mənzil, fəxri adlar alanlar bu gün “R.Mehdiyevə qarşı mübarizə aparmışlar” rolundadırlar”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” səhifəsində yazıb.
Hüquqüşünas qeyd edib ki, vaxtilə Misir Mərdanov təhsil naziri olduğu dövrdə Sumqayıt hadisələrinin təbliğatı ilə bağlı ona müraciət edib.
“Bu gündən etibarən hansı vəzifəli şəxslərlə R.Mehdiyev haqqında hansı söhbətlərim olduğunu, hansı vəzifəli şəxslərin ölkə Prezidentinin mənim Dövlətçiliklə bağlı təkliflərimə aid olan göstərişlərini yox, R.Mehdiyevin göstərişlərini necə icra etmələrini faktlarla açıqlayıb onlardan cavab istəyəcəm”, - A.İsmayılov bildirib.
Vəkil vurğulayıb ki, hələlik isə bunların aralarında hörmətlə yanaşdığı, başqaları kimi bu gün "niyə vaxtında susurdun" demədiyi Misir Mərdanovdan başlamaq istəyir: “Misir Mərdanovun o vaxtlar birbaşa R.Mehdiyevin kurasiyasında olduğu uzun illər ərzində nələr çəkdiyini və təhsil sahəsində gücü çatdığı çərçivələrdə hansı müsbət işlər gördüyünü çox yaxşı bilirəm. Bu gün o dövrlər üçün ən az qınanılası şəxslərdən biri də məhz Misir Mərdanovdur.
İndi çox istərdim ki, Misir müəllim bizim 2010-cu il təxminən iyul aylarında baş tutan görüşümüzdə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabı ilə bağlı apardığımız müzakirəni ictimaiyyətə çatdırsın. Hər ehtimala qarşı bizim onunla olan söhbətimizi və sonrakı hadisələri qısa burada xatırladıram.
Həmin görüşdə Sumqayıt hadisələrinin Qriqoryanla bağlı Bakıda Ali Məhkəmədə baxılan işdə prokuror kimi çıxış etdiyimi və hadisələrin SSRİ rəhbərliyi, DTK-sı tərəfindən təşkil edildiyini, SSRİ Prokurorluğu tərəfindən baş verənlərin necə saxtalaşdırıldığını kitabda olduğu kimi təsvir etdiyimi bildirdim. Bu gün Azərbaycan gəncliyi həqiqətən Sumqayıtda nələrin baş verdiyini bilmədiklərindən onların maarifləndirilməsi vacibliyini vurğuladım. Xahiş etdim ki, xarici görüşlərdə dünya ictimaiyyəti Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədildiyi kimi qəbul edir, ona görə də kitabda olanlar heç olmasa qısa şəkildə tədris olunsun ki, bizim gənclər xaricə gedəndə görüşlərində faktlarla izah edə bilsinlər. Həm də bu kitabla bağlı 9-10-cu sinif şagirdləri üçün mənimlə məktəblərdə görüşlər təşkil edilməsində yardımçı olsun ki, o hadisələrin canlı şahidi kimi baş verənləri izah edim. Misir müəllim hadisələrin mahiyyətini bilən kimi xeyli təəccübləndi və təkliflərimi məmnuniyyətlə qəbul etdi. Əlavə olaraq bildirdi ki, o, özü də bu işdə bacardığı köməklikləri edəcək”. 
A.İsmayılov vurğulayıb ki, sözügedən hadisələrlə bağlı təşkil olunan görüşlər naməlum səbəblərdən dayanıb:
“Həqiqətən də, bundan az sonra mənə Nərimanov təhsil şöbəsindən zəng gəldi və bir neçə aylıq Bakı məktəblərində hər həftə keçiriləcək görüşlərin vaxtı və siyahısı təqdim olundu. İlk görüşüm təxminən Həsən Əliyev küçəsində yerləşən məktəbdə baş tutdu. Görüşdə məktəbin bütün 9-10 sinif şagirdləri iştirak etdilər. Həmin görüşün təşkilatçısı, indi dəqiq yadımda deyil, ya direktoru, yaxud “zavuç”u görüşün 2 saatdan artıq davam etdiyini, uşaqların məmnuniyyətlə dinlədiyini görüb çox təəcüblənmişdi ki, bu günə qədər şagirdlərin marağına səbəb olan belə görüş olmamışdı. Bu görüşdən az sonra Nərimanov təhsil şöbəsindən zəng gəldi və bildirdilər ki, bir daha belə görüşlər olmayacaq. Çox istərdim ki, Misir müəllim bunun səbəbləri barədə ictimaiyyəti məlumatlandırsın”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Oktyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri