Aslan Kərimov: Klub rəhbərliyini, orada çalışan şəxsləri qınamağı düzgün saymıram
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Mənim arzum odur ki, bütün akademiyalar fəaliyyət göstərsin, Azərbaycan futboluna futbolçu yetişdirməkdə rol oynasınlar". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis "Qəbələ" Futbol Akademiyasının fəaliyyətini məhdudlaşdırması ilə bağlı danışıb:
"Məhdudiyyət oyunçuların inkişafına ziyan olacaq. Bu da ümumilikdə Azərbaycan futbolununun zərərinədir. Klub olaraq "Qəbələ"ni qınamaq olmur. Maliyyə durumu ilə bağlı çətinlik varsa, "bunu etməməlidir" deyə bilmərik. Məhdudiyyət birmənalı şəkildə "Qəbələ"yə və o bölgədə uşaqların inkişafına ziyan vuracaq. Bunun çıxış yolunu deyə bilmərəm. Belə bir infrastrukturu olan "Qəbələ"nin akademiyasının fəaliyyətini məhdudlaşdırılması maliyyə bağlı olan məsələdir. Buna görə klubun işinə qarışmaq olmur. Klub rəhbərliyini, orada çalışan şəxsləri qınamağı düzgün saymıram. Maliyyə olmadığı halda nə edə bilərlər ki? Amma birmənalı şəkildə qərar Azərbaycanda uşaq futbolunun inkişafına təsir edəcək".
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyası ötən gün fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırdığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 04 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















