Icma.az
close
up
RU
Aslan Kərimov: Norveçdən 3 xalla ayrılacağımıza inanıram

Aslan Kərimov: Norveçdən 3 xalla ayrılacağımıza inanıram

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Təbii ki, Avropa Liqası oyunlarının hər biri ağırdır. Amma hesab edirəm ki, bu günkü matç “Tottenhem” və “Ayaks”la görüşlər qədər çətin olmayacaq".

Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

"Qarabağ"ın sabiq futbolçusu komandanın "Bodo-Qlimt"lə matçını dəyərləndirib: "Ayaks"la oyunda 1 nəfər azlıqda qaldıq və çətinlik çəkdik. “Bodo-Qlimt”lə qarşılaşma isə təxminən “Malmö” ilə evdəki oyun kimi keçə bilər. Düşünürəm ki, onların müdafiə xəttində səhvlərə yol verə biləcək kifayət qədər oyunçuları var. Juninyonun sürətini nəzərə alsaq, mənə elə gəlir ki, biz onların müdafiə xəttindən qaçmağı bacararıq. Fikrimcə, “Bodo-Qlimt” ev görüşlərində pressinqdə olan, daha çox öndə fəal iştirak edən bir klubdur. Həmçinin öz meydanlarında çıxış etmələri rəqibi məcbur edəcək ki, onlar ön tərəfdə aktiv olsunlar. Belə olacağı təqdirdə bizim üçün əlverişli qol imkanlarının yaranacağına əminəm. Düşünürəm ki, bu fürsətlərdən istifadə etmək məcburiyyətindəyik. İndiyə qədər məğlub olduğumuz matçlara nəzər salsaq, görərik ki, bir çox qol epizodu yaradıb, bunlardan yararlana bilməmişik. “Qarabağ”ın əsas problemi yaradılan fürsətlərdən istifadə edə bilməməsidir. Bunun nəticəsində qol buraxdığımız an yenidən rəqib qapısına yol tapmağımız çətinləşir. Amma ümid edirəm ki, "Bodo Qlimt"lə matçda bu “qara zolağı” aşa biləcəklər. Baxmayaraq ki, iki əsas oyunçumuz meydanda olmayacaq. Lakin inanıram ki, digər futbolçular onların yerini layiqincə dolduracaqlar. Bundan əvvəlki oyunlarda, məsələn "Ludoqorets"lə matçda da bir neçə əsas heyət üzvümüz meydanda yox idi. Onların yerinə matçda iştirak edən futbolçular zədəlilərdən daha yaxşı təsir bağışlamışdılar. Ümid edək ki, bu görüşdə də belə bir hal ilə qarşılaşacağıq. Norveçdən 3 xal ilə ayrılacağımıza inanıram. Bu səfərdən qələbə ilə qayıdıb, ən azından play-off mərhələsinə yüksəlmək üçün şanslarımızı qoruyub saxlayacağıq".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Bodo-Qlimt" - "Qarabağ" matçı bu gün saat 21:45-də start götürəcək.

İsmayıl Xeyrullayev

Konfrans Liqası: “Başakşehir” Danimarka klubu ilə üz-üzə - YENİLƏNİR ÇL: Həftənin oyunçusu adına namizədlər bilindi Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB Bədavi Hüseynov: "Bəzən gözlənilməz hadisələr də baş verir" Qurban Qurbanov: “Rəqibin üstün cəhətləri çoxdur”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri