Icma.az
close
up
RU
Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir”

Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Mənim hər dəfə verdiyim müsahibələrdə səsləndirdiyim fikirləri artıq Valdas Dambruskas özü də təsdiqlədi. “Qarabağ”ın ötən il Çempionlar Liqasında keçirdiyi oyunlarla bağlı dediyim fikirlərin hər zaman arxasındayam. Biz bəzən olduğumuzdan daha yüksək səviyyəyə qalxırıq. “Vikinq”, “Slaviya Praqa” kimi komandalarla eyni səviyyədə ola bilərik. Amma “Barselona”, “Real Madrid”, PSJ, “Mançester Siti” kimi komandalarla hələ ki eyni səviyyədə deyilik. Bu səviyyəyə çatmağımıza da hələ müəyyən qədər vaxt var”.

Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniya nəhəngi “Barselona” ilə qarşılaşacaq “Sabah”ın şanslarını dəyərləndirərkən deyib.

Mütəxəssis oyunun motivasiyasından, İspaniya təmsilçisinin heyət gücündən, oyun üslubundan və “Sabah”ın bu görüşdəki mümkün taktikasından söz açıb:

“Futbolçular meydana çıxıb öz oyunlarını göstərəcəklər. Hesab edirəm ki, burada kimisə ayrıca motivasiya etməyə və ya futbolçuları oyuna kökləməyə ehtiyac yoxdur. Rəqib komandanın adı özü bütün oyunçular üçün böyük motivasiyadır. Düşünürəm ki, kollektiv olaraq “Sabah” bu oyunda azarkeşlərin zövq ala bilməsi üçün əllərindən gələni edəcəklər. Bizə də yalnız bu oyunu izləyib ondan həzz almaq qalacaq. Qalib gəlməyimiz çətindir. Düzdür, istənilən halda xal və ya xallar qazana bilərik. Futbolda hər şey mümkündür. Amma “Barselona” kimi bir komandaya, xüsusilə də hazırkı heyətinə nəzər saldıqda, onların gənc və çox dinamik futbolçulardan təşkil olunduğunu görürük. Belə bir komandaya, hətta öz meydanımızda oynasaq belə, qalib gəlmək çox çətindir. Ona görə də yalnız oyundan həzz almaq, qarşılaşmanı izləmək və özünü Çempionlar Liqasında hiss etmək lazımdır. Bu cür nəhəng və top-komandalara qarşı matçları doğma şəhərimizdə izləmək, hesab edirəm ki, bir futbol azarkeşi üçün bundan daha böyük motivasiya ola bilməz.

Oyunun gedişatına gəlincə, təbii ki, dominant tərəfin “Barselona” olacağını düşünürəm. Topa sahib olmaq onların ən güclü tərəflərindən biridir. Bütün oyun boyu bu nəzarəti öz əllərində saxlamağa çalışacaqlar. Əlbəttə, bilmirəm, Lamin Yamal gələcək, ya yox. Çox güman ki, gələcək və bütün heyətlə Bakıya səfər edəcəklər. Cinahlarda çox təhlükəli ola bilərlər. Mərkəzdə isə Pedri, Rodri və digər futbolçular təhlükə yaradacaqlar. Onu deyə bilərəm ki, topa nəzarət və ötürmələrə əsaslanan oyun baxımından bu komanda dünyanın ən yaxşılarından biridir. Bəlkə də bu oyun üslubunu formalaşdıran əsas komandalardan biri məhz “Barselona”dır.

Ona görə də topa sahib olmaq bizim üçün bir qədər çətin olacaq. Amma əks-hücumlar da bizim üçün yaxşı çıxış yolu ola bilər. Çünki “Barselona” nə qədər güclü komanda olsa da, onun mərkəz müdafiəçiləri, xüsusilə də Pau Kubarsi hələ gəncdir. Əvvəlki mərkəz müdafiəçiləri ilə müqayisədə zaman-zaman səhvlərə yol verirlər. Dominant tərəf “Barselona” olacaq, biz isə daha çox müdafiəyə çəkilən və sonradan əks-hücumlara bel bağlayan komanda kimi çıxış edəcəyik”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” matçı noyabrın 25-də baş tutacaq. Görüşün start fiti saat 21:45-də səsləndiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Noyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri