Icma.az
close
up
RU
AŞPA Azərbaycana münasibətdə selektiv yanaşmadan əl çəkmir

AŞPA Azərbaycana münasibətdə selektiv yanaşmadan əl çəkmir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı ikili standartlar siyasəti heç bir halda qəbul oluna bilməz. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı səsləndirdiyi fikirlər də Azərbaycanın bu təşkilatla münasibətlərində yaranmış vəziyyətə verilən ən açıq siyasi qiymətləndirmələrdən biri idi. Dövlət başçımız da bildirdi ki, əgər Azərbaycan gələcəkdə Avropa Şurasından tam şəkildə çıxmaq qərarı versə, bunun ölkə daxilində ciddi təsiri olmayacaq.
Tarixə nəzər salsaq, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvü kimi təşkilatın fəaliyyətində iştirak edib. Bu müddət ərzində hüquqi islahatlar, insan hüquqları və demokratik institutların inkişafı istiqamətində müxtəlif əməkdaşlıq proqramları həyata keçirilib. Bununla belə, uzun illərdir AŞPA Azərbaycana münasibətdə selektiv yanaşma nümayiş etdirir. Xüsusilə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Assambleyanın münaqişənin həlli istiqamətində prinsipial mövqe sərgiləməməsi ikili standartların əyani təzahürü idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi insan hüquqları ilə deyil, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra qəbul edilmiş siyasi qərar idi. Dövlət başçısının sözlərinə görə, əgər məsələ doğrudan da insan hüquqları ilə bağlı olsaydı, bu addım daha əvvəl atılardı. Bu qərəzli qərar faktiki Azərbaycana qarşı “cəzalandırma” siyasəti idi.
Bu qərardan sonra Azərbaycan nümayəndə heyətinin Assambleyanın işində iştirakını dayandırması rəsmi Bakının prinsipial mövqeyinin göstəricisi idi. Səsvermə hüququ olmayan nümayəndə heyətinin Assambleyada iştirakının siyasi məna daşımadığı aydındır.
Son illərdə AŞPA daxilində ölkəmizə qarşı qarayaxma kampaniyalarının intensivləşməsində bəzi üzdəniraq parlamentarilərin xüsusi rolu var. Bu kontekstdə tez-tez adı çəkilən şəxslərdən biri də almaniyalı deputat Frank Şvabedir. O, mütəmadi olaraq Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirir. Şvabenin insan hüquqları, iqlim siyasəti və beynəlxalq münasibətlərlə bağlı səsləndirdiyi prinsiplərlə müxtəlif dövrlərdə nümayiş etdirdiyi siyasi mövqelər arasında uyğunsuzluqlar mövcuddur. Xüsusilə COP29 ərəfəsində onun Azərbaycanın ev sahibliyinə yönəlmiş tənqidləri siyasi kampaniyanın tərkib hissəsi idi.
Onu da qeyd etməliyik ki, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq beynəlxalq təşkilatların fəaliyyətinə də yeni yanaşma tələb edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, eləcə də Avropanın enerji təhlükəsizliyində ölkənin artan rolu beynəlxalq institutlar tərəfindən nəzərə alınmalıdır. Bu baxımdan, rəsmi Bakı haqlı olaraq hesab edir ki, beynəlxalq təşkilatlar siyasi yanaşmalardan deyil, beynəlxalq hüququn prinsiplərindən çıxış etməli və regionda formalaşmış yeni vəziyyəti obyektiv qiymətləndirməlidirlər.
Azərbaycan Avropa Şurası ilə münasibətlərinin gələcək formatını yenidən nəzərdən keçirir. Münasibətlərin bundan sonrakı inkişafı ilk növbədə Avropa Şurasının üzv dövlətlərə münasibətdə obyektivlik, bərabərlik və qərəzsizlik prinsiplərinə nə dərəcədə sadiq qalacağından asılı olacaq. Qarşılıqlı etimadın bərpası yalnız bütün tərəflərə eyni hüquqi meyarların tətbiq edilməsi və siyasi selektivliyə yol verilməməsi şəraitində mümkün ola bilər.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyul 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri