Icma.az
close
up
RU
Assosiasiya: Bakı və regionlarda hotellərin doluluq səviyyəsi arzuolunan deyil

Assosiasiya: Bakı və regionlarda hotellərin doluluq səviyyəsi arzuolunan deyil

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Hazırda Bakıda hotel və ya mehmanxana tipli müəssisələrin doluluq səviyyəsi 15–20% civarındadır.

Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, həmçinin Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.

O, ötən aylarda da vəziyyətin bundan ciddi şəkildə fərqlənmədiyini bildirib:

Əsas bazarlardan turist axını azalıb

"Yalnız iyul ayında məşhur müğənni Justin Timberlake-in Bakıda verdiyi konsert turizm bazarında qismən canlanma yaradıb. Bu azalma, əsasən, Rusiyadan, MDB ölkələrindən və İsraildən gələn turistlərin sayının azalması, həmçinin ərəb ölkələrindən gələn axının yetərsiz olması ilə bağlıdır. Üstəlik, sərhədlərin bağlı qalması vəziyyəti daha da çətinləşdirir. Hazırda ölkədə 859 rəsmi yerləşmə vasitəsi mövcuddur və onların 320-si Bakıda yerləşir. Ümumilikdə 31 750 otaqdan 15 752-si və 67 376 çarpayıdan 28 995-i məhz Bakıda cəmləşib. Qeyd edim ki, hətta bu az miqdarda gələn turistlərin əsas hissəsi beşulduzlu böyük hotel və mehmanxanalara yönəlir və ən çox əziyyət çəkənlər kiçik və orta hotel tipli müəssisələrdir".

S.Dübəndi oxşar mənzərənin bölgələrdə də müşahidə olunduğunu qeyd edib:

Kirayə bazarı ədalətsiz mühit yaradıb

"Regionlardakı hotel və mehmanxanaların doluluq səviyyəsi də arzuolunan səviyyədə deyil. Burada yalnız iri hotel və mehmanxanaların nisbətən sabit doluluğu onlara mövqelərini qorumağa imkan verir. Kiçik və orta hotel tipli müəssisələr isə həm Bakıda, həm də regionlarda aşağı doluluq göstəriciləri ilə üzləşir. Bunun səbəbləri arasında daha öncə qeyd etdiyim amillərlə yanaşı, qısa müddətli mənzil icarəsi bazarının genişlənməsi də var. Bu seqment, xüsusilə kiçik və orta hotel və digər yerləşmə vasitələri üçün ədalətsiz rəqabət mühiti yaradıb".

Cəlbedici təkliflərə ehtiyac var

S.Dübəndi vurğulayıb ki, bu şəraitdə həm yeni xarici bazarlara yönəlmək, həm də daxili turizmi inkişaf etdirmək vacibdir:

"Daxili turizmin dəstəklənməsi ilə yanaşı, müxtəlif regionlar üçün cəlbedici təkliflər hazırlamaq, həmçinin kiçik və orta sahibkarları dəstəkləmək sektora kömək edə bilər. Ölkəmiz və turizm sənayemiz davamlı inkişaf prinsiplərinə sadiqdir. Bunun belə davam etməsi üçün alternativ gəlmə turizm bazarları daha geniş coğrafi məkanda tapılmalı, həmin ölkələrin vətəndaşları üçün onların səyahət vərdişləri, istək və gözləntilərinə uyğun turizm məhsulları hazırlanıb təklif edilməlidir. Eyni zamanda, beynəlxalq aeroportların fəaliyyət imkanları genişləndirilməli, yeni istiqamətlər üzrə birbaşa uçuşlar artırılmalıdır.

Yeni turizm inkişaf strategiyası hazırlanmalıdır

"Bütün bu reallıqlar fonunda yeni turizm inkişaf strategiyasının hazırlanması artıq qaçılmazdır. Bu strategiya mövcud çətinlikləri yalnız qısa müddətli tədbirlərlə deyil, həm də uzunmüddətli baxışla həll etməli, turizm sektorunun iqtisadi dayanıqlığını, mövsümdən asılılığını minimuma endirməyi, bazarların şaxələndirilməsini və ölkənin brend imicinin gücləndirilməsini təmin etməlidir. Yalnız belə bir yanaşma Azərbaycanın turizm sənayesinin rəqabət qabiliyyətini qorumağa və yeni inkişaf mərhələsinə çıxmasına imkan verəcək", - deyə müsahibimiz əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Avqust 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri