Icma.az
close
up
RU
Həmrəylik və birlik dövlət siyasətində əsas meyardır ŞƏRH

Həmrəylik və birlik dövlət siyasətində əsas meyardır ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Xalqımız həmişə olduğu kimi Dünya azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili böyük ürək açıqlığı və ruh yüksəkliyi ilə qeyd edir. Məhz bu günlərdə cəmiyyətimizdə gələcəyə inam, ruh yüksəkliyi, humanizm və xeyirxahlıq duyğuları özünü daha bariz şəkildə göstərir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bu müqəddəs ideya müstəqil respublikamızın daha da möhkəmlənməsi və çiçəklənməsi üçün başlıca şərtdir. Müəyyən mənada iqtisadiyyatımızın və mədəni həyatımızın inkişafında baş verən təbəddülatlar da bu məfkurənin hansı səviyyədə həyata keçirilməsindən asılıdır və zaman keçdikcə bu cəhət özünü daha bariz şəkildə büruzə verir.
Dünya azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini özündə təcəssüm etdirir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təsis olunmuş bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün bir zərurətə, mənəvi ehtiyaca çevrilmişdir. Hər birimiz bir daha minnətdarlıq hissi ilə qeyd etməliyik ki, dahi rəhbərimiz xalqımızın xoşbəxt gələcəyini milli birlikdə, dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlıların bir doğma ideya - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməkdə görürdü. Ulu öndərimiz dəfələrlə bəyan etmişdi ki, harada yaşamasından və fəaliyyət göstərməsindən, hansı ictimai qurumda çalışmasından asılı olmayaraq azərbaycanlıların dünya ailəsində tanınmasının ilkin şərti azərbaycançılıq ideologiyasıdır, bu ideologiyanı hər bir həmvətənimiz və soydaşımız əl-ələ verib inkişaf etdirməli, gələcək nəsillərə çatdırmaqda səylərini əsirgəməməlidir.
Ulu Öndərin milli həmrəylik sahəsində işlərini uğurla davam etdirən Prezident İlham Əliyevin effektiv siyasəti bu gün bütün dünyaya nümunədir. Cənab İlham Əliyev Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri daim diqqətdə saxlayır.

Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri