Icma.az
close
up
RU
“S&P Ratings”dən nikbin qiymətləndirmə

“S&P Ratings”dən nikbin qiymətləndirmə

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Agentlik Azərbaycanın kredit reytinqinin yaxşılaşacağına dair açıqlama ilə çıxış edib

Dünyanın iqtisadi institutlarından biri olan “S&P Global Ratings” (S&P) reytinq agentliyi ortamüddətli dövrdə Azərbaycanın kredit reytinqinin yaxşılaşacağına dair açıqlama ilə çıxış edib. Agentlik hesab edir ki, geosiyasi risklərin azalması və fiskal dayanıqlılığın artması fonunda Azərbaycanda kredit və investisiya cəlbediciliyi imkanları artıb, eləcə də suveren yığımların aktivliyi müşahidə edilir. Bu imkanlar daha çox Dövlət Neft Fondu (DNF) tərəfindən idarə olunan iri həcmli aktivlərdə özünü göstərir. Dövlətin xalis aktivlərə malik olması və fiskal mövqeyi, habelə aşağı dövlət borcunun qorunub saxlanması Azərbaycan iqtisadiyyatının şoklara davamlılığını artırır, qlobal bazarlarda karbohidrogen qiymətlərinin dəyişkənliyinin təsirlərini yumşaldaraq makroiqtisadi sabitliyi möhkəmləndirir.

“S&P”nin ekspertlərinin qənaətinə görə, geosiyasi risklərin azalması və fiskal buferlərin möhkəmlənməsi şəraitində Azərbaycanın kredit reytinqinin yüksəlməsi gözləniləndir. Buna iqtisadi-maliyyə-investisiya seqmentlərindəki amillərlə yanaşı, bölgədə yaranan siyasi faktorların- sülh və rifah quruculuğu yönündə atılan iradəli addımların da təsirləri istisna deyil. Agentlik hesab edir ki, Azərbaycan və Ermənistan arasında rəsmi sülh müqaviləsinin reallaşması istiqamətində səylərin gücləndirilməsi ikitərəfli münasibətlərdə onilliklər ərzində ən konstruktiv mərhələnin formalaşdığını göstərir. Bu isə bölgədə əlverişli və geniş investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq, iqtisadi artım potensialını yüksəldəcək. Bu və digər amillər Azərbaycanın kredit reytinqnin yüksəlməsi üçün də münbit potensialı artıracaq.

Qlobal investorlar üçün əlverişli ölkə

Qeyd edək ki, Azərbaycan beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir. Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi - “Fitch”, “S&P Global Ratings” və “Moody’s”la əməkdaşlıq həyata keçirilib, rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, eyni zamanda, müqavilə öhdəlikləri olmadan agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib. 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib. Həmin  agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Eləcə də “S&P Global Ratings” agentliyi Azərbaycan üzrə reytinq əmsalını “BB+/B” şkalasında təsdiqləyib, eyni zamanda, “sabit”dən “müsbət”ə dəyişib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.

 “S&P”, eyni zamanda, cari ildə Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Sahə riskinin qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib. “S&P” analitiklərinin fikrincə, bu müsbət tendensiya ölkədə son iki ildə 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması təşəbbüslərini əks etdirir. Bu təşəbbüslər effektiv şəkildə həyata keçirildiyi təqdirdə Azərbaycanda banklara nəzarət və tənzimləmənin daha da gücləndirilməsinə imkan verəcək.

Agentlik investisiya reytinqimizi artıra bilər

“S&P Global Ratings” agentliyinin yeni proqnozları ona dəlalət edir ki, Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondları milli valyutanın sabitliyi üçün də dayanıqlılığı təmin edir. Yəni, mövcud ehtiyat portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır. Reytinqdə əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır.

Agentliyin Azərbaycanın kredit reytinqi ilə bağlı nikbin proqnozu investisiya və maliyyə sektorları üçün də ümidverici ssenarilərə zəmin yaradır. Respublikamızın potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də beynəlxalq inamı artırır. Eyni zamanda, “S&P”in yaxın müddətdə Azərbaycanın kredit reytinqinin yenidən yüksəldəcəyinə və investisiya səviyyəsinə yüksəldəcəyinə zəmin yaradır.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Dekabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri