Astana Qazaxıstan taxılının Azərbaycana ixracının artmasının səbəblərini açıqlayıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 2 iyul, AZƏRTAC
2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər Qazaxıstan Azərbaycana ümumilikdə 9 milyon ton yeni taxıl ixrac edib ki, bu da ötən mövsümün eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
AZƏRTAC Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına istinadla xəbər verir ki, ixrac həcmlərinin artması xarici bazarlarda Qazaxıstan taxılına yüksək tələbatın olduğunu göstərir. Eyni zamanda, bu artım tədarük coğrafiyasının genişləndirilməsi və logistika infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən tədbirlərin səmərəliliyini təsdiqləyir.
Bu dövr ərzində Azərbaycana 707 min ton taxıl tədarük edilib.
Qeyd olunur ki, Azərbaycan və İrana taxıl tədarükünün həcmlərinin artması həm ticarət-iqtisadi əlaqələrin genişlənməsi, həm də beynəlxalq dəhlizlər də daxil olmaqla nəqliyyat infrastrukturunun inkişafı ilə bağlıdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 02 İyul 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















