Icma.az
close
up
RU
Astanada gənc dini liderlərin II Forumu keçirilib

Astanada gənc dini liderlərin II Forumu keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astana, 18 sentyabr, AZƏRTAC

Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayı çərçivəsində Astanada gənc dini liderlərin II Forumu keçirilib. Tədbir müxtəlif konfessiyaların, beynəlxalq təşkilatların və ekspert icmasının nümayəndələrini bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, forum “Gənclər sülh şəraitində birgəyaşayış naminə: gələcək üçün sinerji” mövzusunda keçirilib. Tədbir onlarla ölkədən gənc ruhani liderləri bir araya gətirərək, onlara əsas müasir çağırışlar üzrə təcrübə və perspektivlər mübadiləsi üçün unikal imkan yaradıb.

Forumun keçirilməsi təşəbbüsü 2022-ci ildə baş tutan VII Qurultayda irəli sürülüb və Dünya və Ənənəvi Dinlərin Liderləri Konqresinin 2023-2033-cü illər üçün İnkişaf Konsepsiyasında öz əksini tapıb. Onun məqsədi gənc liderlər arasında dialoq üçün daimi beynəlxalq platforma yaratmaq, tolerantlığı, qarşılıqlı hörməti və mənəvi dəyərləri qlobal şəkildə təbliğ etməkdir.

Forum zamanı iştirakçılar sülhün möhkəmləndirilməsində, dini və mədəni zəmində münaqişələrin qarşısının alınmasında gənclərin rolunu müzakirə ediblər. Din və müasir texnologiyanın qarşılıqlı əlaqəsinə, ekstremizmə qarşı mübarizəyə, müxtəlif icmalar arasında etimadın yaradılmasına xüsusi diqqət yetirilib.

Tədbirin sonunda gənc liderlərin həmrəylik və qarşılıqlı anlaşmaya əsaslanan ədalətli və təhlükəsiz gələcəyin qurulmasına fəal töhfə verməyə hazır olduqlarını ifadə edən birgə müraciət qəbulu olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri