Icma.az
close
up
RU
Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib

Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, fonda üzv və müşahidəçi ölkələrin müvafiq qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.

Toplantıdan əvvəl Qazaxıstan Milli Muzeyində Türk dünyasının görkəmli alim və mütəfəkkiri Mahmud Kaşğarlının “Divani-lüğət it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimi olub. Məlumat verilib ki, UNESCO Baş Konfransının 2024-cü il noyabrın 7-22-də keçirilmiş 42-ci sessiyasında “Divani-lüğəti-türk” əsərinin 950 illiyi təşkilatın 2024–2025-ci illər üzrə yubileylər siyahısına daxil edilib. Bu münasibətlə ötən ilin dekabrında UNESCO-nun baş qərargahında beynəlxalq konfrans keçirilib.

Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayevanın moderatorluğu ilə Türk Mədəniyyəti və İrsi Fondunun növbəti Şura iclası işə başlayıb.

Toplantıda çıxış edən fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötənilki fəaliyyətindən danışıb, 70-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəfləri də diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev çıxışında fondun fəaliyyətinin türk xalqlarının mədəni inteqrasiyasına öz töhfəsini verdiyini bildirib.

İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli nazirliyin Türk dünyasının zəngin mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün türk təşkilatları ilə sıx əlaqələr qurduğunu deyib. Bildirib ki, strateji tərəfdaşlıqlar, innovativ təşəbbüslər, birgə tədqiqat layihələri və rəqəmsal arxivlərin yaradılması kimi addımlar mədəni irsimizi gələcək nəsillərə ötürmək üçün vacib vasitələrdir.

Qeyd olunub ki, 2024-cü ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında "Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair” anlaşma memorandumu imzalanıb: “Bu sənəd türk mədəni irsinin qorunması istiqamətində mühüm addım olmaqla yanaşı, əməkdaşlığımızı daha da möhkəmləndirəcək və konkret layihələrin icrasına imkan yaradacaq. Eyni zamanda, əməkdaşlığımızın bariz nümunəsi kimi, Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən XVIII əsrə aid məscidin bərpası layihəsini göstərmək olar. Fond bərpa işlərini maliyyələşdirəcək. Bu, Azərbaycanın mədəni irsinin qorunması istiqamətində türk dövlətlərinin həmrəyliyinin təzahürü olmaqla yanaşı, tarixi abidələrimizin bərpasında yeni mərhələnin başlanğıcıdır. Bununla yanaşı, fondun 2025-ci il üçün tədbirlər planına “Türk dünyasında ozan-aşıq sənəti: Aşıq Ələsgər irsi” adlı beynəlxalq elmi konfransın keçirilməsi də daxil edilib”.

Bildirilib ki, türk xalqlarının mədəniyyətinin və zəngin irsinin qlobal arenada tanıdılması və təbliğ edilməsi üçün yeni imkanların yaradılması zəruridir. Bu baxımdan, fondun 2025-ci il üçün tədbirlər planında nəzərdə tutulan mədəni irs üzrə rəqəmsal platforma – "Türk ensiklopediyası" əhəmiyyətli layihədir. Bu layihənin həyata keçirilməsi ilə türk xalqlarının mədəni irsinə (memarlıq abidələri, heykəltaraşlıq, rəssamlıq, tarix, adət-ənənələr və s.) aid zəngin məlumat bazası türk dillərində vahid bir platformada toplanaraq istifadəçilərə təqdim ediləcək.

Nazir çıxışının sonunda ötən ilin dekabrında Aktau şəhərində Azərbaycana məxsus təyyarənin qəzaya uğraması zamanı göstərdiyi yardım və dəstəyə görə Qazaxıstan hökumətinə, qardaş türk respublikalarına təşəkkür edib, toplantının işinə uğurlar arzulayıb.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı 2024-cü ilin aprelin 30-da Bakıda – qurumun qərargahında keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri